Qaynar xətt:

(+99450) 247 90 86

Ərdoğan xalqın onu növbəti dəfə prezident seçəcəyinə inanır

Ərdoğan xalqın onu növbəti dəfə prezident seçəcəyinə inanır

SİYASƏT

359

01.05.2023, 16:25

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Rəcəb Tayyib Ərdoğan xalqın onu növbəti dəfə prezident seçəcəyinə inandığını bildirib.

Bu barədə Türkiyə lideri Ankarada qatıldığı tədbirdə çıxışı zamanı bildirib.

O qeyd edib ki, dünyanın hər bir tərəfində Türkiyə üçün dua edənlər var, ölkəsi isə bundan sonra da inkişaf və sabitlik üçün addımlarını atmağa davam edəcək.

Onun sözlərinə görə, ölkənin sosial və iqtisadi inkişafına dair bir sıra davam edən və başladılacaq layihələr mövcuddur.

Prezident Ərdoğan, həmçinin Türkiyə Mərkəzi Bankının valyuta ehtiyatlarının hazırda 122 milyard dollar olduğunu açıqlayıb.