Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
87651
az

İran buna görə Azərbaycanla ehtiyatlı davranır - ŞOK FAKTLAR

18:1022 Aprel, 2023
316
SİYASƏT
  • A

Azərbaycan-İran münasibətlərində nisbi sakitlik hökm sürür. Sual yaranır - İranın başı özünə qarışıb?

Politoloq İlyas Hüseynov Musavat.com-a açıqlamasında bildirib ki, Azərbaycan-İran münasibətləri hazırda çox çətin dövrünü yaşayır.

Politoloq xatırladıb ki, İranda Azərbaycan səfirliyi fəaliyyət göstərmir, buna səbəb olan əsas hadisə səfirliyimizə edilən terror hücumu və diplomatlarımızın Bakıya təxliyə olunmasıdır:

“Digər tərəfdən, müxtəlif hadisələr baş verir ki, onlar da İran-Azərbaycan münasibətlərini zədələyir. Siyasi, informativ, diplomatik müstəvidə bu hadisələr bir-birini əvəzləyir. Lakin son dövrlər biz görürük ki, münasibətlərin yaxınlaşması istiqamətində tərəflər öz mövqeyini ifadə edirlər. Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevlə İranın Azərbaycandakı səfiri Seyid Abbas Musavi arasında görüş keçirildikdən sonra hər iki ölkənin XİN sözçüləri bir-birinə oxşar bəyanatlarla çıxış etdilər. Bu, münasibətləri daha da irəliyə aparmaq üçün ilkin şərtlər kimi qiymətləndirilir.

Digər tərəfdən, İranın daxilində çox ciddi ziddiyyətlər, ixtilaflar, hakimiyyət əleyhinə mitinqlər, aksiyalar baş verməkdədir. Görünür, İranın daxilindəki bu problemlər onu Azərbaycanla bir qədər ehtiyatlı davranmağa sövq edir. Eyni zamanda İranın İsraillə də çox ciddi problemləri var. Bu, İranın nüvə proqramı, uranın zənginləşdirilməsi və nüvə silahına yiyələnməyin bir addımlığında olması ilə bağlıdır. İsrail çox ciddi cəhdlə çalışır ki, İran nüvə silahına yiyələnməsin. Çünki bununla qüvvələr balansı formalaşacaq və bu, rəsmi Təl-Əvivin maraqlarına zidd mənzərə ortaya çıxaracaq.

Azərbaycan heç vaxt öz ərazilərindən İrana qarşı istifadə etməyib. Bu xüsusda bir daha Azərbaycanın mövqeyi bəyan olunub. Düşünürəm ki, İran tərəfi bunu qiymətləndirməlidir, ciddi şəkildə nəzərdən keçirməlidir. Lakin yenidən İran-Ermənistan yaxınlaşması müşahidə edilir. Hətta Ramazan bayramı ilə bağlı Ermənistan baş naziri Nikol Paşinyan İran prezidentini təbrik etdi. Təbrik məktubunda Ermənistan-İran münasibətlərinin daha da inkişaf etdirilməsinə dair niyyət öz əksini tapıb. İstənilən halda Azərbaycan regional sülhün, təhlükəsizliyin, sabitliyin əsas dəstəkçisidir və buna dair mövqeyimiz uzun illərdir ki, öz təsdiqini tapır”.   

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

ABŞ 4 müttəfiqini HƏDƏLƏDİ: Netanyahunun həbsinə kömək edərlərsə...
Fidanla Lavrov arasında KRİTİK MÜZAKİRƏ
Gürcüstan paytaxtı yenidən QARIŞIR

Dünyanın ən uzun və ən qısa qadını ilk dəfə bir arada -VİDEO

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Eltisi tərəfindən piyləri çıxarılan qadın öldü - BAKIDA ŞOK
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Nazir psixiatriya xəstəxanasının direktorunu işdən çıxardı- Yeni təyinat (FOTO)
Sahibkarın 70 min manatını mənimsəyib"TikTok"da    hədiyyələrə    xərclədi