Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
86271
az

Azərbaycan Prezidentinin Düşənbədə rəsmi qarşılanma mərasimi olub

14:0205 Aprel, 2023
177
  • A

Aprelin 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Tacikistanın paytaxtı Düşənbədə Millət Sarayında rəsmi qarşılanma mərasimi olub.

Oxu24.com  xəbər verir ki, Azərbaycanın və Tacikistanın Dövlət bayraqlarının dalğalandığı meydanda Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi qarşılayıb.

Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan Prezidentinə raport verib.

Azərbaycanın və Tacikistanın Dövlət himnləri səslənib.

Prezident İlham Əliyev əsgərləri salamlayıb.

Prezidentlər fəxri qarovul dəstəsinin qarşısından keçiblər.

Tacikistanın nümayəndə heyətinin üzvləri Prezident İlham Əliyevə, Azərbaycan nümayəndə heyətinin üzvləri isə Prezident Emoməli Rəhmona təqdim edilib.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında dövlət başçılarının qarşısından keçib.

Azərbaycan və Tacikistan prezidentləri birgə foto çəkdiriblər.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Prezidentlər Füzulinin Baş planı ilə tanış olublar
İlham Əliyev və Lukaşenko Füzuliyə GETDİLƏR

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Bakıda tutulan Xəyalla bağlı şok fakt: Qadınlara qarşı...(VİDEO)
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Polis Lerikdə əməliyyat keçirdi: Narkokuryerlər tutuldu