Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
86157
az

Vladimirlərin savaşı: Putin harda DURACAQ?

20:2103 Aprel, 2023
182
SİYASƏT
  • A

Böyük oyunmu deyim, yoxsa hər dəfə huşunu itirən, ayaqları sözünə baxmayan qoca Co Baydenin ta ötən əsrin 70-ci illərindən bəri beyninə qoyduğu “Rusiyanı çökdürmə əməliyyatı”mı deyim, yoxsa eləcə dünya siyasətinin yenidən bölüşdürülməsimi deyim, hər nədirsə Vladimir Putinin Ukraynadakı müharibəyə nə vaxt, harda “dur” deyəcəyi ən aktual gündəmdir.

NATO ilə Rusiyanın sərhədlərini Ukraynanın içinə qədər çəkmək üçün “ağ ayının” düz “evinə” qədər soxulan Qərb milyardlarla dollar pul, ölümcül silahlarla slavyan torpaqlarında Moskvaya qarşı vuruşur. Qeyri rəsmi də olsa fransız, alman, amerikalı, ispaniyalı hərbçilər “könüllü” və yaxud eləcə Ukrayna hərbi uniformasında rus əsgərləri ilə qanlı savaş aparır. NATO de-fakto Rusiya ilə müharibə şəraitindədir, burası tam dəqiqdir. Həm də açıq şəkildə məlumdur ki, NATO Ukrayna torpaqlarını özünün Rusiya ilə yeni sərhəd xətti kimi qəbul edir. Belə olmasaydı yüz milyonlarla, hətta milyardlarla dollar, ən bahalı silah-sursat boş yerə slavyan torpaqlarına axmazdı. Maraqları olmasa, Qərb bircə qara qəpiyini belə Ukraynaya uzatmaz. Nəyinə lazımdır slavyana havayı “əppək” versin?. Ukraynanın bəxtsizliyi onda oldu ki, ən qanlı növbəti siyasi laboratoriya məhz Kiyev seçildi...

İndi bu slavyan torpaqlarında axan qanın nə vaxt durdurulacağı, Moskvanın nə zaman hərbi əməliyyatlara son verəcəyi ən aktual məsələdir. Çünki məhz Moskvanın harda, nə vaxt duracağı önəmlidir. Qoca Bayden Ukraynada müharibənin “fitilini” yandırdı, indi o odu söndürmək V.Putinin əlindədir. Rusiya yeni sərhədlərini müəyyənləşdirməsə durmayacaq, burası dəqiq bəllidir. Görəsən bu qanlı oyunu başladanlar Moskvanın əlinə böyük imkanlar verdiklərini hesablamamışdılarmı?-məncə hər kəs hər şeyi əla hesablamışdı. Sanki dünya siyasəti üçün danışılmış qanlı oyun kimi gəlir adama Ukrayna müharibəsi. Yəqin çoxlarınız xatırlayarsınız, bir televiziya proqramında balaca məktəbli ilə sual-cavab edən V.Putin balaca məktəbliyə “Rusiyanın sərhədləri yoxdur” dedi. Gələcək rusiyalıya öyrətdi ki, bu düşüncə ilə yaşa. Keçmiş KQB generalı bu cavabla həm də bütün Rusiya tarixindəki imperiya düşüncəsinin iyirmi ikinci əsrdə də Rusiyada hakim düşüncə olacağını təsdiqlədi. Çox güman ki, artıq Rusiya Ukraynadakı müharibədən məharətlə istifadə edib, Qərblə arasındakı istədiyi coğrafiyanı yaradacaq.

Bir ara Qərb mətbuatı artıq rus ordusunun “pərən-pərən” düşdüyü barədə informasiyalar da dövriyyəyə buraxırdı. Sanki V.Zelenski qədim Kiyev knyazı kimi Moskva üzərinə şığıyan qəhrəman obrazında təqdim olunurdu. V.Putin sınıq-salxaq tankları Ukrayna çöllərinə səpələyib yanlış rəy formalaşdıranda, əsl Rusiyanı tanımayan Qərb mətbuatı sevinc manşetləri atırdı. Keçmiş leninqradlının  KQB generalı olduğunu da sanki unudurdular...
Bu gün Qərb dövlətlərini ən çox narahat edən digər bir fakt V.Putinin nüvə silahını Belarusda yerləşdirmək qərarıdır. Bu proses baş verərsə bütün Avropa V.Putinin təhdidi altında qalacaq. Xüsusilə Şərqi Avropa ölkələri və Baltikyanı NATO üzvləri daha çox narahatdırlar. Artıq polşadakılar elə həyəcanlanıblar ki, C.Baydendən tələb edirlər: amerika əsgərləri ayaqyolumuza qədər bizi qorusun! Vay sarıqulaq səni, bunların canına nə vəlvələ salmısansa...
Çünki planları və nə zaman, haradan cavab zərbəsi endirəcəyi sirr olan Kreml sahibinin bu boyda həngamədən sonra zəiflik göstərməyəcəyi gün kimi aydındır. NATO və ABŞ-ın “qırmızı xətti” keçərək Rusiyanı “öz evinin içində” cəzlandırmaq üçün slavyan Ukraynasına burun soxmalarından sonra Vladimir Vladimiroviçdən Qərbə qarşı mərhəmət gözləmək sadəlövhlükdür.
Avropada anlayırlar ki, Qərblə Rusiya arasında “qırmızı xətti” Ukraynanın içərilərinə çəkməklə gec-tez Moskvanın ağır cavab zərbəsi ilə üzləşəcəklər. V.Putinin Rusiyanın dünyadakı mövqelərini qorumaq üçün əks zərbədən başqa yolu da qalmır. Artıq müharibədə həm psixoliji, həm də hərbi üstünlük Rusiyanın tərəfinə keçib. Təsəvvür edin ki, ən qatı Rusiya düşmənləri belə etiraf edirlər ki, müharibənin ilk vaxtlarından fərqli olaraq, rus əsgərləri daha çox döyüşməyə və xeyli itkilər versələr də irəli getməyə can atırlar.. Müharibənin ilk günlərində rusların müharibəyə münasibəti bir başqa idisə, hazırda rus ordusu təkcə Ukrayna hakimiyyətini deyil, bütün NATO və ABŞ düşərgəsini ən qatı düşmən kimi görür. Rusun sonradan qızışması ən təhlükəlisidir. Və beləcə aydın olur ki, Rusiya müharibəni öz planlaşdırdığı sərhəddə dayandıracaq. Bəs harda, nə zaman, onu V.Putinin özündən başqa heç kim bilmir...

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

İrəvanda bu dəqiqələrdə nə baş verir? - VİDEO
Paşinyan müxalifətin tələbinə CAVAB VERMƏDİ - 20 dəqiqədən sonra...

Qurbağa zəhəri gələcəyin antidepresantı ola bilər

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Efirdə kövrək anlar: Himni eşidən azyaşlı ağladı - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Bakıda kişi gecə saatlarında özünü asdı