Qaynar xətt:

(+99450) 247 90 86

Prezident İlham Əliyev yunanıstanlı həmkarına təbrik məktubu göndərib

Prezident İlham Əliyev yunanıstanlı həmkarına təbrik məktubu göndərib

SİYASƏT

351

25.03.2023, 11:11

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol
Azərbaycan Prezidenti İlham Əliyev Yunanıstan Prezidenti Katerina Sakellaropuluya təbrik məktubu göndərib.
Oxu24.com xəbər verir ki, məktubda deyilir: "Hörmətli xanım Prezident,
Yunanıstan Respublikasının milli bayramı münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm. İnanıram ki, xalqlarımızın mənafelərinə uyğun olaraq Azərbaycan-Yunanıstan əlaqələrinin inkişafı, əməkdaşlığımızın genişlənməsi istiqamətində bundan sonra da birgə səylər göstərəcəyik. Belə bir xoş gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, xalqınıza əmin-amanlıq və firavanlıq arzulayıram".