“Böyrümüzdə Azərbaycan dilində gecə-gündüz bizə qarşı təxribatlar yağdırılır” - Video
02 Oktyabr 2026, 23:24
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
556
23.03.2023, 18:10
Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Ayxan Hacızadənin Ermənistanın baş naziri Nikol Paşinyan tərəfindən martın 23-də səsləndirilmiş əsassız iddialarla bağlı yerli medianın sualına cavab verib.
Oxu24.com-un xəbərinə görə, o, Paşinyanın diialarını pisləyib:
"Tərəfimizdən müfəssəl şəkildə cavablandırılmasına baxmayaraq, Ermənistan Xarici İşlər Nazirliyinin 18 mart tarixində verilmiş bəyanatını inadkarcasına təkrarlayan Ermənistanın baş naziri Nikol Paşinyanın Azərbaycana qarşı səsləndirdiyi tamamilə əsassız iddialarını pisləyir və rədd edirik.
Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə hədə olan və Ermənistanın üzərinə götürdüyü beynəlxalq öhdəlikləri heçə sayan Ermənistan rəhbərliyinin təcavüzkar ritorikası Ermənistanın bölgədə sülhdə maraqlı olmadığını göstərir.
Baş nazir Nikol Paşinyana tövsiyə edirik ki, tarixdən dərs çıxararaq, 30 il ərzində Azərbaycan ərazilərini işğal edən, yüz minlərlə azərbaycanlıya qarşı etnik təmizləmə həyata keçirən Ermənistanı doğru istiqamətə yönəltsin, Azərbaycanın 2020-ci ildən bəri irəlilətdiyi sülh gündəliyinə mane olmasın, habelə Azərbaycanın ərazi bütövlüyünə qəsd və daxili işlərinə qarışmaq kimi təcavüzkar fəaliyyətlərdən əl çəksin.
Ermənistanın etnik təmizləmə siyasətinin qurbanı olmuş keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına qayıdışını Azərbaycan tərəfindən Üçtərəfli bəyanatın pozuntusu kimi qələmə verilməsi qəbuledilməzdir. Eynilə, Ermənistan tərəfinin özünü Azərbaycanın erməni sakinlərinin “hüquq müdafiəçisi” kimi təqdim etməyə heç bir mənəvi haqqı yoxdur.
Ermənistanın həm öz ərazisində, həm də 30 illik müddətdə işğal altında saxladığı şəhər və kəndlərdə azərbaycanlılara məxsus mülkləri dağıtmaqla yanaşı, bu ərazilərə qanunsuz şəkildə erməniləri köçürən Ermənistanın Azərbaycanın öz suveren ərazilərində və tarixi torpaqlarında məskunlaşma həyata keçirməsinə qarşı çıxması absurddur. Bu bəyanat həmçinin Ermənistanın dönə-dönə istinad etdiyi Praqa və Soçi razılaşmaları ilə də birbaşa ziddiyyət təşkil edir.
Azərbaycanlıları Ermənistanın indiki ərazisindəki tarixi torpaqlarından zorla qovan, Azərbaycanda yüzlərlə etnik xalqın sülh və əmin-amanlıq şəraitində yaşamasını həzm etməyən və bununla bağlı uydurma fikirlər səsləndirən Ermənistanın monoetnik dövlət olmadığını iddia etməsi erməni saxtakarlığının növbəti nümunəsidir.
Əgər Ermənistan həqiqətən də Azərbaycana qarşı öz ərazi iddialarından, revanşist siyasətindən əl çəkmək niyyəti varsa, bu kimi təcavüzkar ritorikadan imtina etməlidir. Ermənistan tərəfi bölgədə sülhdə maraqlıdırsa, Azərbaycanın mərkəzi hakimiyyət orqanlarının erməni sakinlərin reinteqrasiya məqsədli təmaslarına müdaxilə etməyə, buna əngəl törətmək cəhdlərinə son qoymalıdır".
09:18 / 03 Oktyabr 2026
13
09:15 / 03 Oktyabr 2026
31
09:13 / 03 Oktyabr 2026
26
00:24 / 03 Oktyabr 2026
138
23:52 / 02 Oktyabr 2026
111
23:39 / 02 Oktyabr 2026
87
23:31 / 02 Oktyabr 2026
453
23:27 / 02 Oktyabr 2026
99
23:24 / 02 Oktyabr 2026
106
23:22 / 02 Oktyabr 2026
87
23:15 / 02 Oktyabr 2026
102
23:09 / 02 Oktyabr 2026
102
22:57 / 02 Oktyabr 2026
327
22:52 / 02 Oktyabr 2026
82
22:37 / 02 Oktyabr 2026
99
22:28 / 02 Oktyabr 2026
188
22:27 / 02 Oktyabr 2026
84
22:25 / 02 Oktyabr 2026
293
22:23 / 02 Oktyabr 2026
97
22:14 / 02 Oktyabr 2026
94
22:09 / 02 Oktyabr 2026
83
21:56 / 02 Oktyabr 2026
115
21:55 / 02 Oktyabr 2026
1290
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.