İran nüvə silahı müqaviləsindən çıxır? - “Müzakirələr ciddidir”
04 Oktyabr 2026, 22:50
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
383
01.03.2023, 15:18
Rusiya Ukraynaya hərbi müdaxilə etdikdən sonra yeni reallıqlarla üzləşdiyindən özünün pay sahibi olduğu logistikanı tənzimləməlidir.
Bunun izlərini Rusiya xarici işlər naziri Sergey Lavrovun Bakıya, ardınca isə Hindistana səfərində tapmaq olar.
Rusiya Hindistan və İranla həmtəsisçi statusunda Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin axarını müəyyən edən əsas oyunçudur.
Ukraynadakı müharibə ilə qlobal tədarük zəncirlərinin risk altına düşməsi, Rusiyanın ağır iqtisadi çətinliklərlə üzləşməsi Moskvanı multimodal Şimal-Cənub Nəqliyyat Dəhlizinin istiqamətlərini şaxələndirmək ehtiyacı ilə üz-üzə qoyur.
Dəhlizin yaradılmasında məqsəd Hindistandan Rusiyaya, eləcə də Şimali və Qərbi Avropaya gedən yüklərin çatdırılma müddətini azaltmaqdır. Hazırkı marşrut üzrə çatdırılma vaxtı altı həftədən artıqdır, Şimal-Cənub vasitəsilə üç həftə olması gözlənilir.
Bu dəhliz İran ilə Hind okeanını və Fars körfəzini Xəzər dənizinə, daha sonra Sankt-Peterburqa və Şimali Avropaya birləşdirir.
Dəhliz Şimali və Qərbi Avropa-Rusiya Federasiyası, daha sonra üç istiqamətdə nəzərdə tutulur. Həmin üç istiqamət bunlardır:
- Qafqaz-Fars körfəzi cəbhəsi: Bu, dəhlizin Qərb cinahını təşkil edir;
- Mərkəzi Asiya-Fars körfəzi istiqaməti: Bu, beynəlxalq nəqliyyat marşrutunun Şərq cəbhəsini əhatə edir;
- Xəzər dənizi-İran-Fars körfəzi: Bu, dəhlizin orta zolağını təşkil edir.
Azərbaycan üçün Şimal-Cənub marşrutu Zəngəzur dəhlizi layihəsi fonunda xüsusi əhəmiyyətə malikdir. Bakı Zəngəzur koridoru proyektini Şərq-Qərb Nəqliyyat Dəhlizi ilə yanaşı, Şimal-Cənub oxuna da inteqrasiya etməyi planlaşdırır. Bir əldə iki dəhlizi saxlamaq Azərbaycanın strateji önəmini dəfələrlə artıracaq, bundan isə ən çox narahat olan İran-Hindistan tandemidir.
İranla Hindistan Şimal-Cənub Nəqliyyat Dəhlizini qlobal çərçivədə geostrateji layihə kimi elə şəkilləndirmək istəyirlər ki, Azərbaycan bundan yalnız iqtisadi faydalar üçün yararlansın, geostrateji məqsədlər üçün istifadə edə bilməsin.
Ancaq Cənubi Qafqazdakı reallıqlar fərqli mənzərəni ortaya qoyur, Bakının Şimal-Cənub zəncirindəki mühüm həlqəyə çevrilməsi Rusiyanın həmin marşrut üzrə Azərbaycanın maraqlarını öndə tutmasına səbəb verir.
Sergey Lavrov fevralın 28-də Bakıda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla keçirilən mətbuat konfransında dedi ki, Şimal-Cənub Nəqliyyat Dəhlizinin yaradılması və yanacaq-energetika sektoru daxil olmaqla, digər layihələrin reallaşdırılması regionun dünya miqyasında əhəmiyyətini artıracaq.
“Azərbaycan Şimal-Cənub layihəsinin təkcə iştirakçı ölkələr üçün deyil, bütövlükdə region üçün mühüm layihə olması ilə bağlı fikirləri bölüşür”, - deyə Lavrov əlavə edib.
Rusiya bir növ İrana diplomatik şəkildə sətiraltı mesajlar verir, çünki Tehranın Bakı ilə gərgin münasibətləri Moskvanın bu dəhliz üzrə istəklərinə qarşı çevrilir.
Moskva İrana xəbərdarlıq ünvanlayır ki, Bakı ilə münasibətləri yenidən nəzərdən keçirsin və onu pozitiv istiqamətdə inkişaf etdirsin. Çünki Bakı-Tehran gərginliyi Şimal-Cənub Dəhlizinin işləkliyini və effektivliyini sual altına alır, hərçənd ki, Azərbaycanla İran arasında həmin layihə üzrə razılaşmalar da var.
Ancaq İran üzərinə düşən texniki öhdəlikləri icra etmir, məsələn, Tehran Rəşt-Astara dəmir yolunun tikintisini yubadır.
Belə vəziyyət Rusiya üçün məqbul variant deyil, üstəgəl Bakı ilə Tehran arasındakı diplomatik xətlərin qırılması da əlavə problemlər yaradır.
Azərbaycanın İrandakı səfirliyinə qarşı həyata keçirilən terror hücumundan sonra qırılan əlaqələr Rusiyanın Şimal-Cənub Dəhlizi üzrə parametrlərinin önündə əngəldir.
Bu mənada Lavrovun bəyanatı onu proqnozlaşdırmağa əsas verə bilər ki, Azərbaycanla İran yaxın zamanlarda diplomatik təmaslara keçəcəklər.
Ancaq İranın Azərbaycanla bağlı konseptual baxışları dəyişməyəcək və yenə ənənəvi problemlər zühur edəcək.
01:03 / 05 Oktyabr 2026
666
01:01 / 05 Oktyabr 2026
79
00:56 / 05 Oktyabr 2026
83
00:51 / 05 Oktyabr 2026
85
00:50 / 05 Oktyabr 2026
7003
00:42 / 05 Oktyabr 2026
417
00:38 / 05 Oktyabr 2026
146
00:36 / 05 Oktyabr 2026
80
00:35 / 05 Oktyabr 2026
98
00:32 / 05 Oktyabr 2026
68
23:16 / 04 Oktyabr 2026
75
22:50 / 04 Oktyabr 2026
76
22:15 / 04 Oktyabr 2026
93
22:02 / 04 Oktyabr 2026
90
21:54 / 04 Oktyabr 2026
365
21:07 / 04 Oktyabr 2026
312
20:53 / 04 Oktyabr 2026
114
20:43 / 04 Oktyabr 2026
94
20:21 / 04 Oktyabr 2026
90
20:06 / 04 Oktyabr 2026
200
19:55 / 04 Oktyabr 2026
100
19:44 / 04 Oktyabr 2026
348
19:23 / 04 Oktyabr 2026
93
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.