Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
82068
az

Azərbaycan XİN Ararat Mirzoyana cavab verib

09:0708 Fevral, 2023
226
  • A
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə Almaniyada səfərdə olan Ermənistan xarici işlər naziri Ararat Mirzoyanın Azərbaycanın danışıqlar prosesinə maneçilik törətdiyini, buna baxmayaraq Ermənistanın sülh prosesinə sadiq olduğunu və bir neçə gün əvvəl Azərbaycan tərəfindən təqdim edilmiş sülh sazişi üzrə təklifləri nəzərdən keçirməsi ilə bəyanatına münasibət bildirib. Bu barədə Oxu24.com-a XİN-dən bildirilib. Onun sözlərinə görə, Ermənistan xarici işlər naziri Ararat Mirzoyanın istinad etdiyi təkliflər bir neçə gün deyil, 15 gün bundan əvvəl Azərbaycan tərəfindən təqdim edilib. “Bununla yanaşı, Ermənistan xarici işlər nazirinin bu bəyanatından göründüyü kimi, Ermənistan tərəfi sülh sazişi üzrə danışıqlar prosesi barədə yenidən manipulyasiyaya yol verir və özünü konstruktiv tərəf kimi təqdim etməklə, beynəlxalq ictimaiyyəti çaşdırmaq məqsədi daşıyır. Məlum olduğu kimi, məhz Ermənistan tərəfi sülh sazişi üzrə danışıqlar prosesinin razılaşdırılmış gedişatını pozaraq, ötən ilin dekabr ayında danışıqlardan imtina edib. İndi isə, sülh sazişi üzrə danışıqlara qayıtmaq əvəzinə prosesə süni maneələr yaradır. Azərbaycan Ermənistandan fərqli olaraq sülh sazişinin mətni üzrə danışıqların qısa müddət ərzində keçirilməsinin tərəfdarıdır və buna hər zaman hazırdır”. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Avropa İttifaqı, Fransa və Çin liderlərinin üçtərəfli görüşü olacaq
Zaxarovadan AÇIQLAMA: Ermənistansız da...
Ceyhun Bayramov Qambiyaya getdi

Rusiyada nadir çiçək tapılıb

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Evində ölü tapılan müğənni ilə bağlı AÇIQLAMA +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Əməköməcinin Bilmədiyiniz İNANILMAZ FAYDASI
Qan donduran hadisə: Kişi yoldan keçənə hücum edərək onun gözünü və qulağını yedi - Şəkil