Qaynar xətt:

(+99450) 247 90 86

 Prezident mühüm Qanun imzaladı

 Prezident mühüm Qanun imzaladı

SİYASƏT

858

07.02.2023, 18:48

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

“İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilib.

 

Oxu24.com  xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev qanun imzalayıb.

 

Dəyişikliyə əsasən, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 30.5-ci maddəsi aşağıdakı redaksiyada verilir:

 

“30.5. İnzibati orqan tərəfindən qanunla ərizəyə əlavə edilməli olan sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar ərizəçidən tələb edilmir. Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya ərizəçi tərəfindən təmin edilir. Həmin sənədlər bu Qanunun 32.4-cü maddəsinə uyğun olaraq kağız daşıyıcıda və ya elektron sənəd formasında təqdim edilə bilər.”.

 

Miri Məcidli

 

Bu əlamətlər mədə xərçəngindən xəbər verə bilər - DİQQƏT!