Deputat: Azərbaycanın Mərkəzi Asiya ilə əməkdaşlığı yeni mərhələyə yüksəlir
10 Oktyabr 2026, 11:45
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
617
13.01.2023, 00:15
"Türkmənistanın əvəzinə heç bir dövlət Xəzərin dibi ilə boru xəttinin çəkilməsi mövzusuna görə Moskva ilə üz-üzə gəlmək istəməyəcək".
Ekspert Azərbaycan prezidentinin gündəmə gətirdiyi "Transxəzər" projesi ətrafındakı duruma diqqət çəkib:
"Azərbaycan Prezidenti İlham Əliyevin yanvarın 10-da yerli televiziya kanallarına müsahibəsində "Transxəzər" layihəsinin reallaşmasının çətin olmasıyla bağlı fikirləri də, bir çox ölkəyə mesaj əhəmiyyəti daşıyırdı. Birincisi, layihə ilə bağlı danışıqlarda nəticə yoxdur. "Transxəzər" layihəsinin kimin maliyyələşdirəcəyi və texniki əsaslandırılması bəlli deyil. İkincisi, bu layihə təsdiq olunsa belə, Türkmənistan qazını Avropaya çatdırmaq üçün Azərbaycan üzərindən yeni boru xəttinin tikintisinə ehtiyac yaranacaq. Bunun kimlər tərəfindən maliyyələşdiriləcəyinə və qazın alınmasıyla bağlı Avropa dövlətləri ilə ilkin razılaşmalara ehtiyac var. Bu, Azərbaycanın görəcəyi iş deyil. Azərbaycan öz qazını mövcud boru xətləriylə nəql edir və həmin xətlər getdikcə yüklənəcək.
Buna baxmayaraq, İlham Əliyev "Transxəzər" layihəsini dəstəklədiyini, sadəcə təşəbbüskar olmadığını xatırlatdı. Rəsmi Bakı layihəni strateji müttəfiqi Türkiyənin dəstəklədiyini nəzərə alır. Ancaq layihənin əsas təşəbbüskarı Türkmənistan olmalıdır. Çünki bu boru xəttiylə Türkmənistan qazı bölgə ölkələri üzərindən Avropaya nəql olunmalıdır. Ancaq Türkmənistan hakimiyyəti "Transxəzər" layihəsinə maraq göstərmir, əksinə, bu ölkənin prezidenti bir neçə gün əvvəl Çinə səfər edərək bu ölkəyə əlavə qaz nəql etmək üçün yeni boru xəttinin tikintisiylə bağlı razılıq əldə edib".
Türkmənistan qazının böyük həcmini Çinə nəql edəcəksə, "Transxəzər" boru xəttinə ehtiyac qalacaqmı?
Elxan Şahinoğlu hesab edir ki, belə olan halda Azərbaycan bu layihəyə görə Rusiya ilə münasibətləri gərginləşdirməyəcək:
"Çünki "Transxəzər" layihəsinin də adından göründüyü kimi, Xəzərin dibi ilə boru xətti çəkilməlidir. Rusiyanın buna mane olacağı aşkardır. Türkmənistanın əvəzinə heç bir dövlət Xəzərin dibi ilə boru xəttinin çəkilməsi mövzusuna görə Moskva ilə üz-üzə gəlmək istəməyəcək.
Türkiyə "Transxəzər" layihəsini gündəmdə saxlamaq istəyən əsas dövlətdir. Ancaq Aşqabad layihəyə həvəssiz yanaşırsa, Türkmənistanı idarə edənlər "Avropa ölkələri bizim qazı sahilimizdən alsın" fikrini ifadə edirlərsə, "Transxəzər" layihəsinin reallaşması çətin olacaq".
12:50 / 10 Oktyabr 2026
51
12:30 / 10 Oktyabr 2026
50
12:15 / 10 Oktyabr 2026
65
12:10 / 10 Oktyabr 2026
74
11:51 / 10 Oktyabr 2026
111
11:45 / 10 Oktyabr 2026
74
11:33 / 10 Oktyabr 2026
96
11:26 / 10 Oktyabr 2026
2504
11:11 / 10 Oktyabr 2026
951
10:50 / 10 Oktyabr 2026
123
10:35 / 10 Oktyabr 2026
113
10:31 / 10 Oktyabr 2026
92
10:26 / 10 Oktyabr 2026
98
10:24 / 10 Oktyabr 2026
70
10:23 / 10 Oktyabr 2026
71
09:40 / 10 Oktyabr 2026
70
02:13 / 10 Oktyabr 2026
216
00:16 / 10 Oktyabr 2026
242
23:59 / 09 Oktyabr 2026
179
23:57 / 09 Oktyabr 2026
2332
23:54 / 09 Oktyabr 2026
1778
23:51 / 09 Oktyabr 2026
243
23:49 / 09 Oktyabr 2026
120
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.