Qaynar xətt:

(+99450) 247 90 86

Kreml İrəvanın KTMT təlimlərindən imtinası ilə bağlı Ermənistana cavab verdi

Kreml İrəvanın KTMT təlimlərindən imtinası ilə bağlı Ermənistana cavab verdi

SİYASƏT

484

11.01.2023, 16:14

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Rusiya bu il Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) təlimlərini keçirməkdən imtina etməsi ilə bağlı Ermənistanın mövqeyini aydınlaşdıracaq.

Trend xəbər verir ki, bunu bu gün Kremlin mətbuat katibi Dmitri Peskov deyib.

“Düşünürəm ki, KTMT xətti ilə həmkarlar əlaqə saxlayacaq, Ermənistanın mövqeyinin təfərrüatlarına aydınlıq gətirəcəklər. Hər halda, Ermənistan bizim çox yaxın müttəfiqimizdir, biz indi çox çətin olan məsələlərlə bağlı dialoqu davam etdirəcəyik”, - deyə Peskov əlavə edib.

Xatırladaq ki, Ermənistanın Baş naziri Nikol Paşinyan bu gün mətbuat konfransında ölkəsinin KTMT təlimlərinə ev sahibliyi etməyəcəyini bəyan edib.