Qaynar xətt:

(+99450) 247 90 86

“Narahat olmalıyıq, müharibə Rusiya ərazisində gedir” - Kadırov

“Narahat olmalıyıq, müharibə Rusiya ərazisində gedir” - Kadırov

SİYASƏT

483

08.01.2023, 23:56

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol
Çeçenistan rəhbəri Ramzan Kadırov Qərbin Ukraynaya yardımını "çirkli pulların yuyulması sxemi" adlandırıb.
OXU24.COM teleqraf.com-a istinadən bildirir ki, o, bu barədə Teleqram kanalında yazıb.
 
"Görürəm ki, bəziləri Ukraynaya xarici yardımdan narahatdır. Narahat olmayın. Bu, çirkli pulların yuyulması sxemidir. Qərbdən və Ukraynadan olan məmurlar bu vəsaitləri talayacaqlar və ümumi dəstəyin 15 faizdən çoxu səngərlərə çatmayacaq", - Kadırov qeyd edib.
 
Bundan əlavə, Kadırov əlavə edib ki, hazırda "Rusiya ərazisi"ndə (Donbas, Xerson, Xarkov) hərbi əməliyyatların getməsindən narahat olmağa dəyər:
 
"Bu həmin bölgələrimizdir ki, sakinləri Ukrayna və NATO nasistlərinin şeytani əməllərindən qorumaq üçün dövlətimizin bir hissəsi olmaq istəyirdilər", - o vurğulayıb.