Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
80
az

“Azərbaycanın yanındayıq” - Ruhani

19:1629 Mart, 2018
1670
SİYASƏT
  • A
"İki xalqın bir-birinə olan bağlılığı, qardaşlığı bizim dostluğumuz, yoldaşlığımız, əməkdaşlığımız və gələcək fəaliyyətlərimiz üçün möhkəm əsas olmaqla xalqlarımızın xeyrinə və bölgənin mənafeyinə xidmət edir. Baxıb görürəm ki, soyuq qışda yaşıllıq toxumunu səpəriksə və baharı xatırlayarıqsa, baharda nə qədər çəmənliyin, gülzarlığın olacağını müşahidə edə bilərik".

Oxu24.az-ın məlumatına görə, bunu İran prezidenti Həsən Ruhani Azərbaycan-İran biznes forumunda çıxışı zamanı deyib.

İran prezidenti Həsən Ruhani eyib: "Mənim Azərbaycan Respublikasının Prezidenti, möhtərəm cənab İlham Əliyevlə ilk görüşüm 2013-cü ilin qışında olub. Bu gün bizim 11-ci görüşümüz isə 2018-ci ilin baharında keçirilir. Əminliklə müşahidə edirik ki, o soyuq qış ayında bir-birimizlə görüşdüyümüz zaman elə sözlər dedik və qərarlar qəbul etdik ki, həmin baharı görək. Bu gün iki xalq arasında bahar, yaşıllıq və çiçəklənən əlaqələrin şahidiyik. Yalnız sərhəd şəhərləri, sərhəd bölgələri iki ölkə arasında səmimi münasibətlərin inkişafının şahidi deyil, təkcə, Azərbaycan və İran xalqları buna sevinmir, bizim əlaqələrimiz bütün bölgənin və dünyanın xeyrinədir. Bizim əməkdaşlıqla bağlı nailiyyətlərimiz bölgə və dünya üçün konstruktiv olacaqdır. Biz bu gün iki xalq və iki dövlət arasında ən yaxşı əlaqələrin şahidiyik.

Mən ötən illəri xatırlayıram, cənab Prezidentlə keçən illəri yada salıram. Bu diyara, bu torpağa ilk səfərim 30 il əvvəl olubdur. Keçmiş Sovet İttifaqı dövründə bura səfər etmişəm. Sonra hazırkı Prezidentin atası, mərhum Prezident Heydər Əliyevin hakimiyyəti illərində Azərbaycana bir neçə səfər etmişəm. Son illərdə Azərbaycana etdiyim səfərlər zamanı həm Sizin ölkənin inkişafının və həm də iki xalqın və iki dövlətin bağlılığının, çiçəklənməsinin şahidi olmuşam".

Həsən Ruhani bildirib ki, Azərbaycana budəfəki səfərində tarixi əhəmiyyət daşıyan qərarlar qəbul olunub: "Bu qərarlar gələcək illərdə iki ölkənin xalqları üçün daha aydın olacaqdır. O gün ki, yüklər Bəndər Abbas limanından, ya İmam limanından və ya Çarbahar limanından gəmilərdən vaqonlara yüklənəndə və bu qatar İranın cənub suları bölgəsindən İranın şimalına, yəni, Astaraya çatanda və sonra Azərbaycan ərazisindən Gürcüstana, Rusiyaya, Türkiyəyə istiqamətlənəndə, Şimali və Şərqi Avropaya yönələndə və yaxud da ki, Çin tərəfə istiqamət alanda, o gün daha aydın olacaqdır ki, Şimal-Cənub nəqliyyat dəhlizinin və Rəşt-Astara dəmir yolunun çəkilişinə dair qəbul etdiyimiz qərar iki ölkə arasındakı əlaqələrə nə qədər təsir edib. Siz tacirlər, sahibkarlar bu günü aydın görür və sabah görəcəksiniz ki, yüklər nə qədər tez, nə qədər ucuz, asan və təhlükəsiz şəkildə bölgə ölkələrinə çatdırılacaq. Biz dünyadakı rəqabətdə qabaqcıl mövqe tutmaq istəyiriksə, onun bircə yolu ucuz və qısa olan nəqliyyat istiqamətidir.

Başqa digər tarixi qərarımız və bununla bağlı imzaladığımız sənədlə bütün dünyaya göstərmək istədik ki, Xəzər dənizi dostluq dənizidir, Xəzər dənizi əməkdaşlıq dənizidir. Xəzər dənizində bir-birimizlə əməkdaşlıq etməklə Allah-Təalanın bizə bu dəniz vasitəsilə bəxş etdiyi sərvətlərdən iki xalqın xeyrinə istifadə edək və ondan yararlanaq. O günlər ki, gələcək aylarda bağladığımız müqavilələr istifadə üçün hazır olacaq, sərmayəçilər Xəzərə inkişaf və istehsal üçün gələndə və o gün ki, neft və qaz kəmərlərə vurulanda, dünən qəbul etdiyimiz tarixi qərarın gələcək illər üçün faydası aydınca bilinəcək. Tarix boyu bizim imkanlarımız olub və bu gün istifadə üçün qəbul etdiyimiz qərarlar 10-15 il bundan əvvəl də mövcud olub. Zənnimcə, iki dövlətin iradəsi və şəxsən Azərbaycan Prezidenti cənab İlham Əliyevin mövqeyi və İran rəhbərlərinin qərarları göstərdi ki, biz istifadəsiz qalmış imkanlardan necə yararlana bilərik.

Bizə keçmişdən və Peyğəmbərin məsumlarından qalan rəvayətlərdə deyilir ki, əgər yaşamaq üçün ev tikmək istəyirsinizsə, ilk növbədə, ətrafındakı qonşulara baxın. Yaxşı qonşu sizin onunla qonşuluğunuzu qiymətləndirəcək. O vaxt sizin eviniz təhlükəsiz və asayişdə olacaqdır. Beləliklə, sizin də qonşunuzla münasibətləriniz sakit və rahat olacaqdır. Əgər qonşunun qapısı açılarsa və siz orada gül-çiçək görərsinizsə, qonşunun bağçasından ləzzət alacaqsınız. Əgər sizin qonşunuzun dediyi sözlər dostcasına deyilirsə, siz də rahat olursunuz. Biz Azərbaycanın yanındayıq. İran təhlükəsiz olarsa, Azərbaycan da təhlükəsiz olacaqdır. Azərbaycan inkişafda olarsa, İran da inkişafda olacaqdır. Biz o vaxt iki ölkənin iqtisadi inkişafına nail ola bilərik ki, dost olaq və bir-birimizin yanında olaq. İki dövlətin bütün işləri sizlər üçündür, sizin iki xalqınız üçündür, iş adamları üçündür, siz sahibkarlar üçündür. Sizlər dostluq və məhəbbət torpağından ən yaxşı məhsulu yığa bilərsiniz. Hər şey sədaqətdən başlayır. Bir-birimizə sadiq olaq, qardaş olaq, dost olaq. Ola bilər ki, mən sizinlə bir iclasda, ticarətdə Allah eləməmiş sizi aldatmış olam və ondan xeyir götürəm. Amma bu xeyir sonuncu xeyir olacaqdır və bitəcəkdir. Əgər hər ikimiz bir-birimizi fikirləşsək, düşünsək, qarşılıqlı mənafeyimizi güdsək, bu ticarət davamlı olacaqdır. Biz gərək faydalı münasibətlər barədə düşünək. Siz fayda götürün, biz də fayda götürək". Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Ankara ilə Dəməşq arasında İLK ANLAŞMA: "Türkiyə mütləq mövqe tutacaq"
Prezident təsdiqlədi:Yanvarın 1-dən...
Gürcüstanın Baş naziri Prezident İlham Əliyevə zəng edib

Sizi təəccübləndirəcək maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tulada qəribə hadisə:Qadın bankda fişəng partlatdı
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Fil xəstəliyi nədir?
Təqaüd düzəltmək adı ilə 400 min manatı ələ keçirən qadına    hökm     oxundu