Prezident Qanunu İMZALADI
12 Oktyabr 2026, 17:39
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
477
18.12.2022, 18:04
İran adlı xalqlar zindanında, azadlıqlar məzarında artıq üçüncü aydır milyonlarla insanın etirazları davam edir.
Şərəf, ləyaqət və mənəviyyatın nə olduğunu bilməyən, əxlaq yoxsulu olan molla rejimi idarə etdiyi "İran İslam Respublikası" adlı dövlətdə həmin insanlara divan tutur.
Onlarla etirazçının məhkəməsi gedir, edamlar başlanıb.
23 yaşlı iranlı etirazçı, şərəfsiz molla rejiminin edam cəzasına məhkum etdiyi Məcidreza Rəhnavardın asılmazdan əvvəlki vəsiyyəti murdar teokratik hakimiyyətin zülmü altında yaşayan bir çox iranlı gəncin arzularını əks etdirib:
"Ağlamayın, məzarım üstündə dualar etməyin, Quran oxumayın. Şən olun. Əyləncəli musiqi səsləndirin".
Əzab, işgəncə, ağrı o həddə çatıb ki, ölümə addımlayan, asılacaq gənc qalanlara ruhdan düşməməyi, sonadək mübarizə apamağı vəsiyyət edir.

... Uşaqdım və indi haqq dünyasında olan atam günlərdən birində "Bu şeiri oxu, əzbərlə, Qağam yazıb" dedi.
Dədəmin verdiyi kitab Səməd Vurğunun şeirləri idi.
Dədəm Vurğuna "Qağa" deyərdi - qohum olmaqla bahəm, çox sevdiyi, şeirlərini əzbər bildiyi və şövqlə dediyi şairdi Səməd.
Şeirdəki kəlmələr indi yenidən təkrarlanır.
Çünki Tehrandakı molla rejimi yenə də doğma dilində təhsil, hüquq və haqq tələb edən soydaşlarımıza divan tutur.
Kitablar yandırılır, yeniyetmələr və gənclər tutulur, ən ağır işgəncələrə məruz qalır, sonra da edam edilir.
İndi də şovinist farslar soydaşlarımıza "türkəxər" deyir, 36 milyon azərbaycanlını görməzdən gəlməyə çalışırlar.
Fəqət molla rejimi yanılır.
Güney Azərbaycanın, Vətənimin haqq səsini çürük beyinlər, mənhus əxlaqlar, çirkin şüurlar susdura bilməyəcəklər.
Güney ayaqdadır və bükülməmiş dizlərindəki təpəri ilə mollakratiyanı viran edəcək.
İran İran olsun deyə...

18:41 / 12 Oktyabr 2026
5
18:35 / 12 Oktyabr 2026
28
18:15 / 12 Oktyabr 2026
56
18:12 / 12 Oktyabr 2026
82
17:54 / 12 Oktyabr 2026
86
17:49 / 12 Oktyabr 2026
158
17:47 / 12 Oktyabr 2026
121
17:45 / 12 Oktyabr 2026
84
17:39 / 12 Oktyabr 2026
158
17:33 / 12 Oktyabr 2026
64
17:33 / 12 Oktyabr 2026
64
17:26 / 12 Oktyabr 2026
59
17:24 / 12 Oktyabr 2026
64
17:21 / 12 Oktyabr 2026
56
17:11 / 12 Oktyabr 2026
87
16:59 / 12 Oktyabr 2026
1449
16:54 / 12 Oktyabr 2026
349
16:49 / 12 Oktyabr 2026
81
16:40 / 12 Oktyabr 2026
105
16:32 / 12 Oktyabr 2026
369
16:28 / 12 Oktyabr 2026
106
16:17 / 12 Oktyabr 2026
373
16:13 / 12 Oktyabr 2026
979
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.