Prezident Ukrayna ilə bağlı QANUNU İMZALADI
12 Oktyabr 2026, 23:16
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
709
13.12.2022, 22:34
“Azərbaycan tərəfi ərazilərimizdə yaşayan bütün erməni sakinlərin humanitar ehtiyaclarını qarşılamağa hazırdır”
OXU24.COM xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirlyinin şərhində deyilir.
Qeyd olunub ki, Laçın yolu azərbaycanlı etirazçılar tərəfindən deyil, Azərbaycan Respublikası ərazilərində müvəqqəti yerləşmiş Rusiya Federasiyasının sülhməramlı kontingenti tərəfindən bağlanıb:
“Azərbaycan tərəfi ərazilərimizdə yaşayan bütün erməni sakinlərin humanitar ehtiyaclarını qarşılamağa hazırdır və Ermənistan tərəfinin iddialarının heç bir əsası yoxdur.
Azərbaycan vətəndaş cəmiyyətinin nümayəndələrinin və ekologiya fəallarının Şuşa-Laçın yolunda həyata keçirdiyi etiraz aksiyası Azərbaycan ictimaiyyətinin Rusiya sülhməramlılarının yerləşdiyi Azərbaycan ərazilərində həyata keçirilən qeyri-qanuni iqtisadi fəaliyyətə, təbii sərvətlərin talanmasına və ekologiyaya dəyən zərərə haqlı narazılığının nəticəsidir”.
***
“Ermənilərinin hüquq və təhlükəsizliyinin təmin edilməsi üçün beynəlxalq mexanizmin yaradılması” barədə əsassız çağırışlara gəldikdə, qeyd edək ki, Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərinin hüquq və təhlükəsizliyi məsələsi Azərbaycanın daxili işidir.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirlyinin şərhində deyilir.
Qeyd olunub ki, Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissəsidir və bu bölgədə yaşayan erməni əsilli əhalinin hüquq və təhlükəsizliyi Azərbaycan Respublikası Konstitusiyasına uyğun olaraq təmin ediləcək:
“Azərbaycan, öz tərəfindən üzərinə götürdüyü öhdəlikləri tam yerinə yetirir və Ermənistan tərəfinin də bu öhdəliklərə əməl etməsini qətiyyətlə tələb edir. Ermənistandan fərqli olaraq, sülh gündəliyinin təşəbbüskarı olan Azərbaycan bölgədə gərginliyin yaranmasında maraqlı deyil. Azərbaycan öz ərazilərinin təhlükəsizliyini və bütövlüyünü qanuni əsaslarla təmin edir.
Ermənistan tərəfi Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə qarşı bəyanat və addımlara son qoymalıdır”.
03:05 / 13 Oktyabr 2026
106
01:20 / 13 Oktyabr 2026
113
00:44 / 13 Oktyabr 2026
833
00:38 / 13 Oktyabr 2026
191
00:35 / 13 Oktyabr 2026
575
00:33 / 13 Oktyabr 2026
134
00:13 / 13 Oktyabr 2026
157
00:08 / 13 Oktyabr 2026
316
00:07 / 13 Oktyabr 2026
228
00:05 / 13 Oktyabr 2026
173
23:56 / 12 Oktyabr 2026
116
23:49 / 12 Oktyabr 2026
222
23:46 / 12 Oktyabr 2026
1019
23:32 / 12 Oktyabr 2026
149
23:25 / 12 Oktyabr 2026
125
23:17 / 12 Oktyabr 2026
186
23:16 / 12 Oktyabr 2026
130
23:14 / 12 Oktyabr 2026
227
23:04 / 12 Oktyabr 2026
102
23:04 / 12 Oktyabr 2026
1356
23:01 / 12 Oktyabr 2026
155
22:54 / 12 Oktyabr 2026
149
22:43 / 12 Oktyabr 2026
161
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.