Qaynar xətt:

(+99450) 247 90 86

İran qonşuları üçün sürətlə təhlükəyə çevrilir - ABŞ

İran qonşuları üçün sürətlə təhlükəyə çevrilir - ABŞ

SİYASƏT

351

10.12.2022, 15:39

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Rusiya Ukraynadakı müharibə üçün PUA müqabilində İrana ən müasir silahlarını verir.

OXU24.COM Axar.az-a istinadən xəbər verir ki, bu barədə NBC telekanalı Ağ Ev rəsmisinə istinadən məlumat yayıb.

Adı açıqlanmayan yüksək çinli məmur bildirib ki, Rusiya İrana görünməmiş səviyyədə hərbi və texniki dəstək verir.

Qeyd olunur ki, genişləndirilmiş tərəfdaşlıq çərçivəsində Rusiya İranı müasir hərbi texnika və komponentlər, o cümlədən helikopterlər (həmçinin Su-35 qırıcıları) və hava hücumundan müdafiə sistemləri ilə təmin edə bilər.


"Bu tərəfdaşlıq təkcə Ukrayna üçün deyil, həm də İranın regiondakı qonşuları üçün təhlükə yaradır. Biz bu məlumatı Yaxın Şərqdəki və dünyadakı tərəfdaşlarımızla paylaşdıq", - deyə Co Bayden administrasiyasının yüksək rütbəli rəsmisi bildirib.