Qaynar xətt:

(+99450) 247 90 86

Putin bu ölkələri hədələdi: Qısa müddətdə qərar olacaq

Putin bu ölkələri hədələdi: Qısa müddətdə qərar olacaq

SİYASƏT

324

10.12.2022, 14:02

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Rusiya Qərb ölkələrinin qiymət tavanı tətbiq etmək qərarına cavab tədbirlərindən biri kimi neft hasilatını azaltmağı nəzərdən keçirir.

OXU24.COM  Axar.az-a istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin jurnalistlərə açıqlamasında deyib.

"Reaksiyamıza gəlincə, mən artıq dedim: biz sadəcə olaraq belə qərarlar verən ölkələrə satmayacağıq. Mən indi demirəm ki, bu, qərardır, lazım gələrsə, hasilatın azaldılmasının mümkünlüyü barədə düşünəcəyik. Bizim OPEK+ ilə məlum hasilat hədəfi ilə bağlı razılaşmamız var. Lazım gələrsə, əlavə nələrsə düşünəcəyik. Mən Rusiyanı nəzərdə tuturam", - Putin bildirib.

Onun sözlərinə görə, Rusiya hazırda cavab variantlarını nəzərdən keçirir, cavabın yekun variantı yaxın vaxtlarda prezidentin fərmanında təsbit olunacaq.