Türkiyə və İran arasında DANIŞIQ
13 Oktyabr 2026, 23:55
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
676
08.12.2022, 18:24
"Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilib.
Oxu24.com xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq qanunu imzalayıb.
Dəyişikliyə əsasən, prokurorluq işçilərinin (pensiyaya çıxmış işçilər də daxil olmaqla), o cümlədən onların ailə üzvlərinin tibbi təminatı "Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir.
Buna qədər prokurorluq işçiləri (pensiyaya çıxmış işçilər də daxil olmaqla), o cümlədən onların ailə üzvləri pulsuz dövlət tibb xidməti ilə təmin olunurdular. Prokurorluq işçilərinin müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə onlara iki aylıq əmək haqqı məbləğində birdəfəlik pul müavinəti verilirdi.
Bundan başqa, sənədə əsasən, hərbi prokurorluq orqanlarının prokurorluq işçisi olan hərbi qulluqçularına bu Qanun və "Prokurorluq haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müqayisədə hərbi qulluqçular üçün Azərbaycan Respublikası qanunlarına əsasən müəyyən edilmiş daha əlverişli şərtlərlə pensiya, tibbi və başqa növ maddi və sosial təminatlar şamil edilir.
Dəyişikliyə qədər, hərbi prokurorluq orqanlarının hərbi qulluqçularına əlavə olaraq Azərbaycan Respublikasının qanunları ilə hərbi qulluqçular üçün müəyyən edilmiş pensiya, tibbi və başqa növ maddi və sosial təminatlar da şamil edilirdi.
Eyni zamanda, bundan sonra prokurorluq işçilərinə hər il məzuniyyətə çıxarkən onlara verilən iki aylıq əməkhaqqı məbləğində pul təminatı ləğv edilib.
Həmçinin, sənədə əsasən, prokurorluq işçilərinə pul mükafatının verilməsi məqsədilə hər il növbəti il üçün təsdiq edilən dövlət büdcəsində prokurorluq işçiləri üçün müəyyən olunmuş aylıq vəzifə maaşının 3 misli həcmində əlavə vəsait nəzərdə tutulur.
Buna qədər, prokurorluq işçilərinə hər il onların əməkhaqqının ikiqat həcmindən az olmayaraq maddi yardım verilirdi.
Bu Qanun 2023-cü il yanvarın 1-dən qüvvəyə minir.
00:30 / 14 Oktyabr 2026
202
00:28 / 14 Oktyabr 2026
79
00:11 / 14 Oktyabr 2026
79
00:09 / 14 Oktyabr 2026
62
23:55 / 13 Oktyabr 2026
127
23:55 / 13 Oktyabr 2026
61
23:55 / 13 Oktyabr 2026
67
23:54 / 13 Oktyabr 2026
65
23:43 / 13 Oktyabr 2026
65
23:41 / 13 Oktyabr 2026
91
23:33 / 13 Oktyabr 2026
72
23:24 / 13 Oktyabr 2026
366
23:15 / 13 Oktyabr 2026
142
23:02 / 13 Oktyabr 2026
211
22:57 / 13 Oktyabr 2026
95
22:49 / 13 Oktyabr 2026
182
22:47 / 13 Oktyabr 2026
117
22:43 / 13 Oktyabr 2026
93
22:25 / 13 Oktyabr 2026
646
22:19 / 13 Oktyabr 2026
435
22:18 / 13 Oktyabr 2026
92
22:10 / 13 Oktyabr 2026
327
22:02 / 13 Oktyabr 2026
91
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.