Türkiyə və İran arasında DANIŞIQ
13 Oktyabr 2026, 23:55
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
420
07.12.2022, 08:40
Ermənistanın Fransanı Azərbaycanla danışıqlar prosesinə qatmaq istəyi uğursuzluğa məhkumdur.
OXU24.COM Trend-ə istinadən bildirir ki, bu barədə çərşənbə axşamı Türkiyədə yerləşən Ankara Böhran və Siyasət Araşdırmaları Mərkəzinin (ANKASAM) məqaləsində deyilir.
Müəllif yazır ki, Ermənistanın baş naziri Nikol Paşinyan Fransanın Azərbaycanla danışıqlar prosesində iştirakını istəyir, buna səbəb isə odur ki, Fransanın danışıqlarda iştirakı münaqişənin nizamlanması deyil, qızışdırılmasına xidmət edəcək.
"Üstəlik, N.Paşinyanın hərəkətləri Aİ-nin sülhə nail olmaq istiqamətindəki mövqeyini gözdən salır. Fransa isə regionda yeganə vasitəçi olmağa çalışır və sübut etmək istəyir ki, Moskvanın sülh razılaşmasına nail olmaq üzrə səyləri kifayət deyil", - deyə məqalədə bildirilir.
Müəllif qeyd edir ki, N.Paşinyan Rusiyanı şantaj etməyə çalışır, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) səmərəsiz olduğunu, Ermənistanın bu təşkilatdan çıxmaq barədə düşünə biləcəyini bildirir. Sonuncuya görə Belarus Prezidenti Aleksandr Lukaşenko N.Paşinyanı sərt şəkildə qınayıb.
Beləliklə, Ermənistanın baş naziri KTMT daxilində xaos yaradır, bununla da Brüssel və Soçi razılaşmalarını pozduğuna görə təzyiqlərə qarşı mübarizə aparır və Fransanı vasitəçilik proseslərinin mərkəzinə çəkməyə çalışır. Məqalədə deyilir ki, bu, Azərbaycan-Ermənistan münasibətlərində sülhə doğru fəaliyyətdən geri çəkilmək deməkdir.
Məqalədə qeyd edilir ki, Azərbaycan öz ərazilərini işğaldan azad edib, Ermənistanla yekun sülh üçün şərtləri açıqlayıb və etnik erməni əhalisinin heç bir hüquqi statusu ilə bağlı heç bir ölkə ilə və heç bir halda danışıqlar aparmayacaq.
"Hazırkı geosiyasi vəziyyət Azərbaycana ciddi üstünlüklər verir. Azərbaycan bundan sonra da inkişaf etməyə davam edəcək və nüfuzlu siyasi qüvvə olaraq qalacaq və Paris rəsmiləri nə qədər çalışsalar da, onların səyləri heç nəyi dəyişməyəcək", - deyə məqalədə vurğulanır.
Müəllif: Kənan Ağazadə
00:30 / 14 Oktyabr 2026
489
00:28 / 14 Oktyabr 2026
370
00:11 / 14 Oktyabr 2026
326
00:09 / 14 Oktyabr 2026
110
23:55 / 13 Oktyabr 2026
244
23:55 / 13 Oktyabr 2026
99
23:55 / 13 Oktyabr 2026
114
23:54 / 13 Oktyabr 2026
115
23:43 / 13 Oktyabr 2026
100
23:41 / 13 Oktyabr 2026
142
23:33 / 13 Oktyabr 2026
96
23:24 / 13 Oktyabr 2026
526
23:15 / 13 Oktyabr 2026
174
23:02 / 13 Oktyabr 2026
281
22:57 / 13 Oktyabr 2026
122
22:49 / 13 Oktyabr 2026
250
22:47 / 13 Oktyabr 2026
142
22:43 / 13 Oktyabr 2026
113
22:25 / 13 Oktyabr 2026
798
22:19 / 13 Oktyabr 2026
514
22:18 / 13 Oktyabr 2026
104
22:10 / 13 Oktyabr 2026
399
22:02 / 13 Oktyabr 2026
104
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.