Prezident İlham Əliyev çıxış edib -DETALLAR
15 Oktyabr 2026, 22:15
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
377
29.11.2022, 20:12
"Təəssüflər olsun ki, İranda molla-fars rejimi necə ki, İraqla müharibədən əvvəl ölkə daxilində "Qüdsə yol Kərbaladan keçir" şüarını səsləndirirdi, indi də "Qüdsə gedən yol, Bakıdan keçir" şüarını səsləndirirlər".
Bunu OXU24.COM -a açıqlamasında "Cənubi Qafqaz" politoloqlar klubunun rəhbəri İlqar Vəlizadə deyib.
O bildirib ki, molla rejimi nə bəyanat səsləndirsə də, bu, Azərbaycanı yolundan döndərə bilməz:
"Molla rejim nümayəndələri bu şüarla əslində nə demək istəyirlər, dəqiq söyləmək olmur. Yaxşı, Bakıdan Qüdsə yol nə yoldur elə? Nəyə görə o yiol məhz Azərbaycandan keçir? Qüdsə niyə başqa ölkələr yox, məhz İran yol salmalıdır? Bu, İrana məxsus bir yoldurmu?
Ortaya bir çox haqlı suallar çıxır və bu suallar bizim üçün qaranlıq qalır. Qüdslə bağlı müxtəlif təsisatların - BMT-nin, İslam Həmrəyliyi Təşkilatının xüsusi bəyannamələri var və bu bəyannamələrdə Qüds problometikası ilə bağlı hər şey açıq göstərilir, Fələstin-İsrail münasibətləri ilə bağlı proses iştirakçılarının məsuliyyətləri göstərilib.
Azərbaycan tərəfi həm İslam Əməkdaşlığı Təşkilatının çərçivəsində qəbul olunmuş qətnamələrin, həm də ki, BMT çərçivəsində qəbul olunmuş qətnamələrə sadiqdir. Burada heç bir iddiaları, iradları Azərbaycana bildirə bilməz, o cümlədən də İran.
Yaxşı, onda bu yol nə yoludur? "İraqdan keçirdi bu yol, indi Azərbaycan keçir" nə ifadədir? Məgər İran İraqla bağlı bütün münasibətlərini səliqə-səhmana salıb və yaxudda ki, bütün məsələləri çözüb? Bax, belə şeylərə gərək çox da fikir verməyək. Bizim də öz maraqlarımız var. Bizim maraqlarımız hamıya çox gözəl bəllidir.
Azərbaycanın maraqları dostlarına da, düşmənlərinə də bəllidir. Yeri gəlmişkən, bizim dostlarımızın sayı dümənlərimizin sayından qat-qat çoxdur. Onların dəstəyi ilə biz xarici siyasi kursumuzu davam etdirməliyik və davam etdiririk. Ona görə də indi kim nə yazır, kim nə fikirləşir özləri bilər. Bu, bizim siyasətimizə heç bir təsir göstərmir və göstərə bilməz".
Qeyd edək ki, son günlər SEPAH-a bağlı Teleqram kanalları İranın Xəzər dənizindən Bakı buxtasına hücum edəcəyinə dair xəbərlər paylaşır.
00:52 / 16 Oktyabr 2026
87
00:10 / 16 Oktyabr 2026
112
23:39 / 15 Oktyabr 2026
91
23:19 / 15 Oktyabr 2026
119
23:00 / 15 Oktyabr 2026
125
22:40 / 15 Oktyabr 2026
128
22:22 / 15 Oktyabr 2026
120
22:15 / 15 Oktyabr 2026
426
22:10 / 15 Oktyabr 2026
135
22:06 / 15 Oktyabr 2026
138
22:06 / 15 Oktyabr 2026
94
22:06 / 15 Oktyabr 2026
105
21:55 / 15 Oktyabr 2026
128
21:42 / 15 Oktyabr 2026
113
21:23 / 15 Oktyabr 2026
180
21:12 / 15 Oktyabr 2026
125
21:07 / 15 Oktyabr 2026
176
20:56 / 15 Oktyabr 2026
112
20:48 / 15 Oktyabr 2026
119
20:30 / 15 Oktyabr 2026
181
20:21 / 15 Oktyabr 2026
107
20:13 / 15 Oktyabr 2026
102
20:07 / 15 Oktyabr 2026
104
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.