Qaynar xətt:

(+99450) 247 90 86

Hikmət Hacıyev İsrail XİN-in rəsmisi ilə telefonla danışdı

Hikmət Hacıyev İsrail XİN-in rəsmisi ilə telefonla danışdı

SİYASƏT

347

21.11.2022, 17:11

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol
Bu gün Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevlə İsrail XİN-in Baş direktoru Alon Uşpiz arasında telefon danışığı baş tutub.
Oxu24.com xəbər verir ki, bu barədə məlumatı İsrailin Azərbaycandakı səfiri Corc Dik öz rəsmi tviter hesabında paylaşıb.
Onun sözlərinə görə, söhbət zamanı Alon Uşpiz Azərbaycanın İsraildə səfirlik açması barədə qərarını alqışlayıb. Bununla yanaşı, tərəflər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi də aparıb.