Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
76701
az

Respondentlərin 94,7 faizi Prezident İlham Əliyevə etibar edir - SORĞU

10:4317 Noyabr, 2022
190
SİYASƏT
  • A
Azərbaycanda respondentlərin 94,7 faizi Prezident İlham Əliyevə etibar edir. Oxu24.com xəbər verir ki, bu, Sosial Tədqiqatlar Mərkəzinin keçirdiyi rəy sorğusu nəticəsində məlum olub. Qurumun İdarə Heyətinin sədr müavini, deputat Elşad Mirbəşiroğlu "İnam İdeksi" jurnalının 8-ci sayının təqdimatında deyib ki, rəy sorğusu vətəndaşların Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya, həmçinin hakimiyyətin digər qollarına, parlament və məhkəmə təsisatlarına, yuxarı icra orqanı kimi Nazirlər Kabinetinə və yerli icra hakimiyyəti orqanlarına olan inam və etimadının öyrənilməsi məqsədi ilə keçirilib. O bildirib ki, sorğu Bakı, Abşeron-Xızı, Dağlıq Şirvan, Gəncə-Daşkəsən, Qazax-Tovuz, Lənkəran-Astara, Quba-Xaçmaz, Şəki-Zaqatala, Qarabağ, Mərkəzi Aran, Mil-Muğan və Şirvan-Salyan iqtisadi rayonlarında keçirilib və 1068 respondentin rəyi öyrənilib. "Rəyi soruşulanların 94,7 faizi Prezident İlham Əliyevə etibar etdiyini söyləyib. Cəmi 2.9% respondent əsasən etibar etmədiyini, 1.3% respondent heç etibar etmədiyini qeyd edib. Respondentlərin 0.5%-i bu barədə mövqe bildirməkdə çətinlik çəkib. Rəyi soruşulanların təxminən 91 faizi isə Birinci vitse-prezident Mehriban Əliyevaya etibar etdiyini, etimad göstərdiyini vurğulayıb", - mərkəzin sədr müavini söyləyib. E.Mirbəşiroğlu deyib ki, respondentlərin 31.6%-i Milli Məclisə tam etibar etdiyini, 31.7%-i əsasən etibar etdiyini bəyan edib: "Respondentlərin 9.8%-i qanunverici orqana əsasən etibar etmədiyini, 22.3%-i isə heç etibar etmədiyini bildirib. 4.7% respondent bu istiqamətdə fikir bildirməkdə çətinlik çəkib. Sorğu nəticələrinin təhlilinə əsasən, respondentlərin 30.4%-i məhkəmələrə tam, 28.8%-i isə əsasən etibar etdiyini bildirib. Rəyi öyrənilənlərin 11.1%-i əsasən etibar etmədiyini, 20.7%-i isə heç etibar etmədiyini qeyd edib". Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Rusiya XİN-dən Zəngəzur dəhlizi ilə     bağlı    AÇIQLAMA
Ceyhun Bayramov Gürcüstanın XİN     rəhbərini    qarşıladı
Kobaxidze      Azərbaycana       gəlir

Bakıda sərnişinlər avtobus sürücülərinə tort hədiyyə etdi- Foto

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
Çimnaz Sultanovanın dəfni
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Plastik cərrahlar efirlərə buraxılmayacaq?- Açıqlama
Ramiz Mehdiyevin qızına şikayət etmək    icazəsi     verildi