Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
76521
az

Ərdoğan Azərbaycana təşəkkür edib

14:2015 Noyabr, 2022
112
SİYASƏT
  • A
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda törədilən terror aktı ilə əlaqədar rəsmi Ankaraya verdiyi dəstəyə görə Azərbaycana təşəkkür edib. Oxu24.com xəbər verir ki, bu barədə dövlət başçısı tviterdə paylaşım edib. “İstiqlal prospektində törədilmiş terror aktını pisləyən, kədərimizi bölüşən, başsağlığı verən bütün ölkələrə və beynəlxalq təşkilatlara təşəkkür edirəm”, - o bildirib. R.T.Ərdoğanın paylaşımında Azərbaycanla yanaşı, ABŞ, Böyük Britaniya, Rusiya, Almaniya, Çin, Ukrayna və başqa ölkələrin bayraqları əksini tapıb. Qeyd edək ki, noyabrın 13-də Türkiyənin İstanbul şəhərinin İstiqlal küçəsində terror aktı törədilib. Nəticədə 6 nəfər həlak olub, 81 nəfər yaralanıb. Daxili İşlər Nazirliyindən verilən məlumata görə, terror aktını törədən Ahlam Albashır saxlanılıb. O, PKK terror qruplaşması ilə əlaqəli olduğunu etiraf edib. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Haniyənin ölümünə görə İranda HƏBS DALĞASI -Tehran kimlərdən şübhələnir?
Şeyx Səudiyyə Ərəbistanına gedir
Qazaxda mina partladı -4 nəfər yaralandı

WhatsApp-da yeni funksiya işə salındı

18+

Pəncərədən atılan qadın ərinə xəyanət edibmiş - ŞOK VİDEOSU YAYILDI
Rusiya aviasiya bombalarının Ukrayna mövqelərini vurduğunu əks etdirən video yayılıb
"Al Market" vətəndaşları belə aldadır - FOTO
ABŞ-da vəhşi heyvanlarda koronavirus aşkarlanıb
“Drakon”azadlığa buraxıldı