Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
76419
az

“Paşinyan “sülh göyərçini” kimi özünü nümayiş etdirməyə çalışdı”

18:0414 Noyabr, 2022
91
SİYASƏT
  • A

“Ötən gün Ermənistanın baş naziri Nikol Paşinyan  sülh müqaviləsinin imzalanması ilə bağlı fikir irəli sürəndə konkret 10 noyabr Bəyanatının prinsiplərinin yerinə yetirilib-yetirilməməsi ilə bağlı heç bir fikir səsləndirmədi. Bilirik ki, indiki şəraitdə sülh müqaviləsini şərtləndirən amillər var. Bunlar Azərbaycanın irəli sürdüyü şərtlər, 5 əsas prinsip və bunun üzərindən digər məqamların həyata keçirilməsi, sərhədlərin delimitasiyası ilə bağlı olan proses hansı ki, çox vacib məqamlardan biridir. Təbii ki, iki dövlət arasında sərhəd müəyyənləşdirilmədən onların arasında hər hansı bir formada sülh müqaviləsinin bağlanması mümkün deyil”.

Bu fikirləri Demokrat.az-a açıqlamasında siyasi şərhçi Elçin Mirzəbəyli deyib. Analitik əlavə edib ki, əgər söhbət ərazi bütövlüklərinin tanınması və digər aspektlərdən gedəcəksə, bu hansı sərhədlər çərçivəsində həyata keçiriləcək. 

“Bunu müəyyənləşdirmək üçün ilk növbədə delimitasiya prosesi baş tutmalıdır. Yəni, hansı məsələlər ki, mübahisə doğurur və ya doğura bilər. Bu aspektdən də Paşinyan bununla bağlı hər hansı bir fikir səsləndirmədi. Görünür “sülh göyərçini” kimi özünü nümayiş etdirməyə çalışdı. Paşinyan mahiyyət etibarilə çox şey dedi, amma ortalıqda hər hansı bir şey yoxdur. Nəticə etibarilə heç bir şey deməyib. O aspektdən də növbəti mülahizələlərdən növbəti vaxtın uzadılmasına xidmət edən fikirlərdən başqa bir şey deyildi. İndiki şəraitdə Azərbaycan sülh prosesini təşviq etdiyi bir halda Ermənistan məğlub ölkə kimi sülhə hazır olmadığını və yaxud sülh istəmədiyini Ermənistanın bildirməsi indiki şəraitdə prosesə iştirak edən tərəflər tərəfindən ola bilsin ki, müsbət qarşılanmır. Məsələyə həm Brüssel prosesi konteksindən yanaşsaq, həm də Rusiyanın iştirakı ilə gedən prosesdən yanaşsaq, o aspektdən də indiki şəraitində Ermənistanın sülhə hazır olduğunu bəyan etmək niyyətindən başqa ortalıqda sadəcə bir görüntü var”.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

İran Azərbaycandan nə istəyir? – AÇIQLAMA
“Paşinyan “sülh göyərçini” kimi özünü nümayiş etdirməyə çalışdı”
Son sutkada 568 nəfər yoluxdu

Morju narahat edən turist cərimələndi

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Tramvay yandı - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
50 koronavirus mutasiyasından əziyyət çəkən xəstə öldü
Oğurladıqları kartla alış-veriş etdilər