Moskva ilə İrəvanın ikili oyunu: siyasətdə qarşı-qarşıya, iqtisadiyyatda isə tərəfdaş
16 Oktyabr 2026, 19:38
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
374
14.11.2022, 18:04
“Ötən gün Ermənistanın baş naziri Nikol Paşinyan sülh müqaviləsinin imzalanması ilə bağlı fikir irəli sürəndə konkret 10 noyabr Bəyanatının prinsiplərinin yerinə yetirilib-yetirilməməsi ilə bağlı heç bir fikir səsləndirmədi. Bilirik ki, indiki şəraitdə sülh müqaviləsini şərtləndirən amillər var. Bunlar Azərbaycanın irəli sürdüyü şərtlər, 5 əsas prinsip və bunun üzərindən digər məqamların həyata keçirilməsi, sərhədlərin delimitasiyası ilə bağlı olan proses hansı ki, çox vacib məqamlardan biridir. Təbii ki, iki dövlət arasında sərhəd müəyyənləşdirilmədən onların arasında hər hansı bir formada sülh müqaviləsinin bağlanması mümkün deyil”.
Bu fikirləri Demokrat.az-a açıqlamasında siyasi şərhçi Elçin Mirzəbəyli deyib. Analitik əlavə edib ki, əgər söhbət ərazi bütövlüklərinin tanınması və digər aspektlərdən gedəcəksə, bu hansı sərhədlər çərçivəsində həyata keçiriləcək.
“Bunu müəyyənləşdirmək üçün ilk növbədə delimitasiya prosesi baş tutmalıdır. Yəni, hansı məsələlər ki, mübahisə doğurur və ya doğura bilər. Bu aspektdən də Paşinyan bununla bağlı hər hansı bir fikir səsləndirmədi. Görünür “sülh göyərçini” kimi özünü nümayiş etdirməyə çalışdı. Paşinyan mahiyyət etibarilə çox şey dedi, amma ortalıqda hər hansı bir şey yoxdur. Nəticə etibarilə heç bir şey deməyib. O aspektdən də növbəti mülahizələlərdən növbəti vaxtın uzadılmasına xidmət edən fikirlərdən başqa bir şey deyildi. İndiki şəraitdə Azərbaycan sülh prosesini təşviq etdiyi bir halda Ermənistan məğlub ölkə kimi sülhə hazır olmadığını və yaxud sülh istəmədiyini Ermənistanın bildirməsi indiki şəraitdə prosesə iştirak edən tərəflər tərəfindən ola bilsin ki, müsbət qarşılanmır. Məsələyə həm Brüssel prosesi konteksindən yanaşsaq, həm də Rusiyanın iştirakı ilə gedən prosesdən yanaşsaq, o aspektdən də indiki şəraitində Ermənistanın sülhə hazır olduğunu bəyan etmək niyyətindən başqa ortalıqda sadəcə bir görüntü var”.
21:18 / 16 Oktyabr 2026
49
21:16 / 16 Oktyabr 2026
10
21:03 / 16 Oktyabr 2026
51
20:55 / 16 Oktyabr 2026
62
20:39 / 16 Oktyabr 2026
68
20:36 / 16 Oktyabr 2026
73
20:08 / 16 Oktyabr 2026
74
20:02 / 16 Oktyabr 2026
76
19:53 / 16 Oktyabr 2026
76
19:50 / 16 Oktyabr 2026
112
19:38 / 16 Oktyabr 2026
93
19:34 / 16 Oktyabr 2026
94
19:26 / 16 Oktyabr 2026
67
19:25 / 16 Oktyabr 2026
84
19:15 / 16 Oktyabr 2026
57
19:12 / 16 Oktyabr 2026
271
19:09 / 16 Oktyabr 2026
89
19:05 / 16 Oktyabr 2026
73
19:00 / 16 Oktyabr 2026
119
18:59 / 16 Oktyabr 2026
81
18:55 / 16 Oktyabr 2026
111
18:51 / 16 Oktyabr 2026
232
18:49 / 16 Oktyabr 2026
80
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.