Binəli Yıldırımdan Azərbaycanla bağlı mühüm sözlər - Video
16 Oktyabr 2026, 23:58
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
456
08.11.2022, 21:36
Bir sözlə, müharibədən keçən iki il ərzində biz öz siyasətimizi davam etdirmişik. Biz iki il ərzində böyük quruculuq işləri görmüşük, Qarabağı və Şərqi Zəngəzuru faktiki olaraq yenidən qururuq və quracağıq. Eyni zamanda, Ordumuzu gücləndiririk və gücləndirəcəyik.
Oxu24.com xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev hərbçilər qarşısında çıxışında deyib.
“Ermənistan bilməlidir ki, bizi indiki çərçivələrdə saxlayan Ermənistanın hansısa havadarının bəyanatı deyil, bizim öz siyasətimizdir. Biz heç kimdən qorxmuruq, heç kimdən çəkinmirik. Əgər biz kimdənsə qorxsaydıq, heç vaxt İkinci Qarabağ müharibəsinə start verməzdik. Biz hər birimiz ölümə gedirdik, öldü var, döndü yoxdur, ya azadlıq, ya ölüm! İndi də ölümə getməyə hazırıq öz haqlarımızı tələb edərək.
Çünki hələ də, - müharibə iki il bundan əvvəl başa çatsa da, - narahatedici məqamlar var və erməni xalqına müraciət edib sözümü demək istəyirəm. Onlar bu otuz ilin işğalının acılarını indi görürlər. İşğal nədir, itki nədir, indi görürlər.
Biz, sadəcə olaraq, onlara cavab vermişik, biz öz torpağımızda vuruşmuşuq, işğalçını torpaqlarımızdan qovmuşuq. Onlar bunu anlamalıdırlar ki, xaricdə oturan və bu bölgəyə bir oyun meydançası kimi baxmaq istəyən dairələrin qurbanına ikinci dəfə çevrilməsinlər. Biz burada əsas söz sahibiyik, biz burada əsas güc sahibiyik”, - Prezident bildirib.
00:27 / 17 Oktyabr 2026
129
00:12 / 17 Oktyabr 2026
84
23:58 / 16 Oktyabr 2026
109
23:49 / 16 Oktyabr 2026
164
23:42 / 16 Oktyabr 2026
105
23:42 / 16 Oktyabr 2026
195
23:29 / 16 Oktyabr 2026
578
23:22 / 16 Oktyabr 2026
77
23:08 / 16 Oktyabr 2026
89
23:06 / 16 Oktyabr 2026
549
23:01 / 16 Oktyabr 2026
97
23:00 / 16 Oktyabr 2026
78
22:55 / 16 Oktyabr 2026
500
22:52 / 16 Oktyabr 2026
78
22:45 / 16 Oktyabr 2026
84
22:35 / 16 Oktyabr 2026
708
22:25 / 16 Oktyabr 2026
99
22:14 / 16 Oktyabr 2026
81
22:11 / 16 Oktyabr 2026
75
22:08 / 16 Oktyabr 2026
90
21:50 / 16 Oktyabr 2026
120
21:18 / 16 Oktyabr 2026
109
21:16 / 16 Oktyabr 2026
90
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.