Azərbaycanla qardaşlığımız kimi üzür? - “CNN Türk”ün şərhi
17 Oktyabr 2026, 10:59
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
674
05.11.2022, 23:30
"Araik Arutyunyan hərbi cinayətkardır və əli azərbaycanlıların qanına bulaşan bir kəsdir. Azərbaycan tərəfi separatçılarla heç bir danışıqlar aparmayacaq və güya ümid var ki, rəsmi Bakı qondarma rejimin yeni "baş naziri" Ruben Vardanyanla hər hansı bir kommunikasiyalar qura, Qarabağda yaşayan ermənilər barədə danışılqar apara bilər".
Bunu Milli.Az-a açıqlamasında "Cənubi Qafqaz" politoloqlar klubunun rəhbəri İlqar Vəlizadə deyib.
O bildirib ki, Qarabağ erməniləri ilə bağlı vəziyyət təhlükəli hal alır:
"Belə görünür ki, Vardanyan heç bir danışıqlara köklənmir və separatçı şüarları səsləndirməyə davam edir. Digər tərəfdən də görünən odur ki, Vardanyan "stavkalarını" qaldırmaqla, əgər Azərbaycanla belə bir şey mümkün olacaqsa, alver etmək niyyətindədir.
Əslində isə bundan başlamaq lazımdır ki, rəsmi Bakı istər Vardanyanla, istər Arutyunyanla, istərsə də digərləri ilə danışıqlar aparmaq niyyətində deyil. Bizim əsas tələblərimiz bundan ibarətdir ki, Qarabağda yaşayan ermənilər əgər gələcəyini normal, dinc şəkildə burada təmin etmək istəyirlərsə, onlar Azərbaycan vətəndaşlığını qəbul etməlidirlər, Azərbaycanda Azərbaycanın qoyduğu şərtlərlə yaşamalıdırlar.
Separatçıların siyasi alver istəyi yolverilməzdir. Biz öz torpaqlarımızla bağlı heç kəslə alver aparmaq niyyətində deyilik. Rusiyanın planı buarada ondan ibarətdir ki, Azərbaycan Arutyunyanla danışıqlar aparmırsa, Vardanyanla aparsın. Amma Moskvanın bu planı qeyri-real və çox zərərlidir.
Bakının bu məsələdə mövqeyi qətidir ki, separatçılarla heç bir danışıqdan söhbət gedə bilməz. Qanunsuz işlərlə məşğul olan, qanunsuz şəkildə separatçı rejimin mövcudluğunu dəstəkləyən qüvvələr heç vaxt rəsmi Bakı ilə bir danışıqlar masasında əyləşə bilməz.
Amma təəssüflər olsun ki, bəzi qüvvələr belə bir fikirə düşüblər. Bu fikirlər reallıqdan uzaq olsa belə onları yürütmək istəyənlər var. Bu da son nəticə etibarilə regionda vəziyyəti mürəkkəbləşdirir və qeyri-müəyyənliyi daha təhlükəli edir. Yəni indiki Qarabağ erməniləri ilə bağlı yaranmış qeyri-müəyyənlik əslində bu cür hərəkətlərlə daha çox təhlükəli hal alır".
Qeyd edək ki, Rusiya siyasi dairələrinə yaxınlığı ilə seçilən erməni milyarder Ruben Vardanyan qondarma rejimin "baş naziri" oldu.
12:39 / 17 Oktyabr 2026
7
12:28 / 17 Oktyabr 2026
97
12:22 / 17 Oktyabr 2026
50
12:10 / 17 Oktyabr 2026
80
12:00 / 17 Oktyabr 2026
75
11:54 / 17 Oktyabr 2026
59
11:50 / 17 Oktyabr 2026
242
11:48 / 17 Oktyabr 2026
62
11:37 / 17 Oktyabr 2026
64
11:35 / 17 Oktyabr 2026
75
11:33 / 17 Oktyabr 2026
67
11:01 / 17 Oktyabr 2026
162
10:59 / 17 Oktyabr 2026
66
10:51 / 17 Oktyabr 2026
83
10:50 / 17 Oktyabr 2026
100
10:13 / 17 Oktyabr 2026
222
10:11 / 17 Oktyabr 2026
77
09:50 / 17 Oktyabr 2026
108
09:18 / 17 Oktyabr 2026
1490
09:13 / 17 Oktyabr 2026
151
09:10 / 17 Oktyabr 2026
89
00:27 / 17 Oktyabr 2026
223
00:12 / 17 Oktyabr 2026
93
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.