Azərbaycanla qardaşlığımız kimi üzür? - “CNN Türk”ün şərhi
17 Oktyabr 2026, 10:59
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
883
05.11.2022, 20:36
Nazirlər Kabineti “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə edilən dəyişikliyə görə, bəzi mal qruplarında idxal gömrük rüsumları ilə bağlı bəzi güzəştlərin müddəti uzadılıb.
Oxu24.com xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.
Ölkəyə idxal olunan metal səthlərinin aşındırılması üçün preparatlar; aşağı temperaturlu lehimləmə, yuxarı temperaturlu lehimləmə və ya qaynaq üçün metaldan və digər materiallardan ibarət olan tozlar və pastalar, poladlardan məftil ( silisiummanqanlı poladdan) 2027-ci ilin sentyabrın 30-dək gömrük rüsumundan azad edilir. Hazırda 5 %-lik rüsum tətbiq olunur.
Tibbi (cərrahiyyə əməliyyatı və ya prosedur üçün) maskaların istehsalı üçün istifadə olunan opdurulmuş və ya hopdurulmamış, örtüklü və ya örtüksüz, təkrarlanmış və ya təkrarlanmamış, toxunmamış materialların, tibbi (cərrahiyyə əməliyyatı və ya prosedur üçün) maskaların və tibbi (cərrahiyyə əməliyyatı və ya prosedur üçün) respiratorların idxalına tətbiq olunan güzəşt müddəti 2022-ci ilin dekabrın 31-dən 2024-cü ilin dekabrın 31-dək uzadılır.
2024-cü ilin dekabrın 31-dək insulin üçün nəzərdə tutulan və həcmi 1 millilitr və ya daha az olan iynəli və ya iynəsiz şprislərin idxalı gömrük rüsumundan azad edilir, həcmi 2 millilitr və ya daha az olan iynəli və ya iynəsiz şprislərin idxal üçün 0,02 ABŞ dolları (1 ədədi üçün), həcmi 2 millilitrdən çox, lakin 5 millilitrdən çox olmayan üçün - 0,025 ABŞ dolları, həcmi 5 millilitrdən çox, lakin 10 millilitrdən çox olmayan üçün 0,03 ABŞ dolları, həcmi 10 millilitrdən çox, lakin 20 millilitrdən çox olmayan və digərləri üçün - 0,04 ABŞ dolları gömrük rüsumu nəzərdə tutulub.
Qərar dərc edildiyi gündən 30 (otuz) gün sonra qüvvəyə minir.
ŞAD XƏBƏR! Azərbaycanda bu şəxslərin təqaüdləri artırılacaq
13:16 / 17 Oktyabr 2026
14
13:15 / 17 Oktyabr 2026
19
12:55 / 17 Oktyabr 2026
68
12:39 / 17 Oktyabr 2026
260
12:28 / 17 Oktyabr 2026
188
12:22 / 17 Oktyabr 2026
101
12:10 / 17 Oktyabr 2026
121
12:00 / 17 Oktyabr 2026
88
11:54 / 17 Oktyabr 2026
67
11:50 / 17 Oktyabr 2026
338
11:48 / 17 Oktyabr 2026
73
11:37 / 17 Oktyabr 2026
75
11:35 / 17 Oktyabr 2026
84
11:33 / 17 Oktyabr 2026
74
11:01 / 17 Oktyabr 2026
185
10:59 / 17 Oktyabr 2026
71
10:51 / 17 Oktyabr 2026
91
10:50 / 17 Oktyabr 2026
106
10:13 / 17 Oktyabr 2026
233
10:11 / 17 Oktyabr 2026
80
09:50 / 17 Oktyabr 2026
115
09:18 / 17 Oktyabr 2026
1816
09:13 / 17 Oktyabr 2026
156
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.