Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
75751
az

Putin G20 sammitinə getsə, Zelenski tədbirə qatılmayacaq

22:5903 Noyabr, 2022
158
SİYASƏT
  • A

Rusiya Prezidenti Vladimir Putin İndoneziyada baş tutacaq Böyük İyirmilik (G20) sammitində iştirak edərsə, ukraynalı həmkarı Volodimir Zelenski tədbirə qatılmayacaq.

OXU24.COM "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu barədə Ukrayna dövlət başçısının ofisi məlumat yayıb.

Zelenski vurğulayıb ki, G20 sammitində başqalarının iştirakını izləmək istəmir:

"Ukraynanın mövqeyi ondan ibarət idi ki, Rusiya Federasiyasının lideri orada olacaqsa, biz iştirak etməyəcəyik. Görək, necə olacaq".

Prezidentin sözlərinə görə, Ukrayna qarşıdan gələn G20 sammitinə hazırlaşır və bu məsələ İndoneziya lideri Coko Vidodo ilə telefon danışığı zamanı da müzakirə olunub.

"Hər halda, bu gün bizi yenidən dəvət etdilər. Bir daha baxarıq, cəmi bir neçə gün qalıb", - Zelenski əlavə edib.

Qeyd edək ki, G20 sammiti 15 noyabrda Balidə keçiriləcək.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Dünyanın bu sui-qəsddən xəbəri yox idi: Görün Putin və Belousov HARADA ÖLDÜRÜLƏCƏKDİ
İran bu gecə İsrailə zərbə endirəcək - Tramp
Haniyənin ölümünə görə İranda HƏBS DALĞASI -Tehran kimlərdən şübhələnir?

Türkiyədə qədim heykəltəraşın unikal əsəri tapılıb

18+

Pəncərədən atılan qadın ərinə xəyanət edibmiş - ŞOK VİDEOSU YAYILDI
Rusiya aviasiya bombalarının Ukrayna mövqelərini vurduğunu əks etdirən video yayılıb
"Al Market" vətəndaşları belə aldadır - FOTO
ABŞ-da vəhşi heyvanlarda koronavirus aşkarlanıb
Azərbaycanda DƏHŞƏT: Qadın qaynı tərəfindən öldürüldü