İran rejimini necə devirəcəyimi bilirəm - Netanyahu
17 Oktyabr 2026, 22:59
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
287
01.11.2022, 23:36
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, noyabrın 1-də Baş nazir Əli Əsədovun və Prezident Administrasiyasının, Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli məqsədilə yaradılmış Əlaqələndirmə Qərargahının rəhbəri Samir Nuriyevin başçılığı altında aidiyyəti dövlət qurumlarının rəhbər şəxslərindən ibarət heyət Şərqi Zəngəzura səfər edib.
Oxu24.com xəbər verir ki, nümayəndə heyəti əvvəlcə yeni istifadəyə verilmiş Zəngilan Beynəlxalq Hava Limanı ilə tanış olub. “Azərbaycan Hava Yolları” QSC-nin nümayəndəsi hava limanında görülmüş işlər barədə məlumat verib.
Daha sonra heyət Qubadlı şəhərinə yola düşüb, burada Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Qubadlı şəhərinin Baş planı barədə məruzə ilə çıxış edib.
Heyət 110 kV-luq “Qubadlı” yarımstansiyasına da baxış keçirib. “Azərenerji” ASC-nin prezidenti Balababa Rzayev yarımstansiyada görülən işlər barədə məlumat verib.
Daha sonra heyət Xudafərin-Qubadlı-Laçın avtomobil yoluna baxış keçirib. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov yolun tikintisi ilə bağlı görülən işlər və qarşıda duran vəzifələr barədə məlumat verib.
Laçın rayonunun Zabux kəndində isə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev və ANAMA İdarə Heyətinin sədri Vüqar Süleymanov tezliklə köçkünlərin Laçın şəhərinə, Zabux və Sus kəndlərinə qayıdışı və mina, partlamamış sursatlardan ərazinin təmizlənməsi istiqamətində aparılan işlər barədə məlumat veriblər.
Daha sonra heyət 110 kV-luq “Laçın şəhəri” qovşaq yarımstansiyası ilə də tanış olub. Buradan Baş nazir Əli Əsədovun, PA-nın və Əlaqələndirmə Qərargahının rəhbəri Samir Nuriyevin başçılığı altında nümayəndə heyəti Laçın şəhərinə gəlib. Laçın şəhərində görülən işlər barədə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev və “Bakı Abadlıq Xidməti” MMC-nin baş direktoru Bünyad Qasımov məlumat veriblər, şəhər xəstəxanasının binasına da baxış keçirilib.
Heyət daha sonra Laçın rayonunda Qorçu Hava Limanında olub. “Azərbaycan Hava Yolları” QSC-nin nümayəndəsi hava limanının tikintisi ilə əlaqədar görülən işlər barədə məruzə ilə çıxış edib.
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev isə Kəlbəcər şəhərinin Baş planı barədə məlumat verib, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov isə Kəlbəcər-Laçın avtomobil yolunda görülən işləri məruzə edib.
Səfər çərçivəsində baxış keçirilən bütün yerlərdə yenidənqurma və bərpa işlərinin, habelə infrastruktur layihələrinin icrasının Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq yerinə yetirilməsi istiqamətində aidiyyəti qurumların rəhbərlərinə lazımi göstərişlər və tapşırıqlar verilib.
23:19 / 17 Oktyabr 2026
38
22:59 / 17 Oktyabr 2026
43
22:49 / 17 Oktyabr 2026
77
22:21 / 17 Oktyabr 2026
111
22:12 / 17 Oktyabr 2026
90
22:10 / 17 Oktyabr 2026
75
22:05 / 17 Oktyabr 2026
80
21:57 / 17 Oktyabr 2026
112
21:40 / 17 Oktyabr 2026
132
21:18 / 17 Oktyabr 2026
84
20:39 / 17 Oktyabr 2026
86
20:39 / 17 Oktyabr 2026
128
20:16 / 17 Oktyabr 2026
99
20:03 / 17 Oktyabr 2026
125
20:03 / 17 Oktyabr 2026
1361
19:50 / 17 Oktyabr 2026
98
19:38 / 17 Oktyabr 2026
264
19:38 / 17 Oktyabr 2026
123
19:32 / 17 Oktyabr 2026
867
19:26 / 17 Oktyabr 2026
123
19:25 / 17 Oktyabr 2026
79
19:15 / 17 Oktyabr 2026
172
19:06 / 17 Oktyabr 2026
243
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.