Nazirə sanksiya tətbiq olundu
15 Mart 2025, 10:11
Qaynar xətt:
(+99450) 247 90 86SİYASƏT
290
18.10.2022, 20:00
"Müdafiə Nazirliyimizin yaydığı məlumatda qeyd olundu ki, düşmən tərəfi artilleriya qurğularını dövlət sərhədi istiqamətində toplayır. Bu əslində, özü-özlüyündə həyəcan doğuran bir xəbər olsa da, bunun müsbət tərəfi də var. Artıq hamımız bilirik ki, sentyabrın ortalarında (12-13 sentyabr) Silahlı Qüvvələrimiz tərəfindən keçirilən əks-hücum əməliyyatı nəticəsində şimaldan Daşkəsən-Gədəbəy istiqamətindən, cənubda Araz çayına qədər sərhəd boyu bütün strateji və operativ əhəmiyyətli yüksəkliklər, dağ silsilələri və s. hamısı Azərbaycan Ordusunun nəzarətinə keçib".
Bunu OXU24.COM -a açıqlamasında hərbi ekspert Heydər Mirzə deyib.
O bildirib ki, Dövlət Sərhəddində gərginlik artacaq:
"Sentyabrdakı hərbi toqquşmalar zamanı da MN tərəfindən məlumat yayılmışdı ki, dövlət sərhəddində nəzarətə götürdüyümüz yeni yüksəkliklər və postlar ona şərait yaradır ki, nəinki dövlət sərhəddinə yaxın, hətta düşmənin operativ dərinliyində hər hansı bir hərəkətlilik və şübhəli bir yerdəyişmə filan baş verdikdə biz bunu müşahidə edək. Və bu son hadisə də (Oktyabrın 16-sı günün ikinci yarısında Ermənistan silahlı qüvvələrinin Azərbaycan Ordusunun Daşkəsən istiqamətində yerləşən bölmələri ilə üzbəüz mövqelərinə hərbi nəqliyyat vasitələri ilə əlavə şəxsi heyət və 4 ədəd artilleriya qurğusunu cəmləşdirməsi tərəfimizdən müşahidə edilib) buna birbaşa sübutdur. Müsbət tərəfi budur ki, Ordumuzun sentyabrda keçirdiyi əks-hücum əməliyyatının bəhrələrini indi görürük.
Özü-özlüyündə təbii ki, səhv etmirəmsə orada 4 artilleriya qurğusundan söhbət gedir. Bu heç bir batareya da etmir. Ola bilsin ki, indi kəşfiyyat nəticəsində aşkar olunan bunlardır, fərqli istiqamətlərdə, fərqli aktivlik də var.
Amma mən indi diqqətinizi nəyə cəlb etmək istəyirəm?! Biz bu məsələnin hərbi tərəfinə toxunduq, indi siyasi tərəfi ilə paralellər aparaq: Bilirik ki, Praqa görüşlərindən sonra Fransa prezidenti Emanuel Makron tərəfindən qalmaqallı, heç bir əsası olmayan provokativ bəyanatlar səsləndirildi. Hansılar ki, onlar artıq hər kəsə məlumdur. Praqa görüşlərində əsas nəticələrindən biri o idi ki, Ermənistanda Avropa İttifaqının mülki missiyası fəaliyyətə başlamalıdır və bu missiya dövlət sərhəddinin təhlükəsizliyini müşahidə edəcək.
Təbii ki, bu, Avropa İttifaqının missiyası adlansa da, orada Fransa mütəxəssisləri də olacaq. Nəzərə almalıyıq ki, biz buna mülki missiya desək də normalda orada diplomatlar və kəşfiyyatçılar olur. Ola bilməz ki, orada Aİ tərəfindən ezam olunan bu və ya digər dövlətlərin hərbi kəşfiyyatçıları da olmasın, ilk növbədə də Fransanın.
Hazırda Ermənistanda həmin o missiyanın gəlməsi ilə bağlı hazırlıq artıq yekunlaşmaq üzrədir. Həmin missiyanın gəlişi fonunda Makronun belə təhrikedici, qalmaqallı və beynəlxalq hüququ alt-üst edən bəyanatları fonunda, eləcə də Ermənistanın həmin o Qrupun gəlişinə hazırlaşması fonunda o hərbi yerdəyişmələr, aktivlik, dövlət sərhəddində hansısa təhrikedici hərəkətlər təbii ki, Azərbaycan Silahlı Qüvvələrinin cəza tədbirləri ilə nəticələnə bilər. Çünki Azərbaycan SQ bir neçə dəfə göstərib ki, biz təkcə əks-hücum deyil, önləyici tədbirlər də həyata keçirə bilərik.
Təbii ki, bu fonda hazırda Azərbaycan SQ-ni hər hansı bir cəza tədbirlərinə təhrik etməyin siyasi məqsədləri ola bilər, bu danılmazdır. Biz yenə də Ermənistanın vaxt udmaq istəyi və Makronun belə səsli-küylü, qalmaqallı bəyanatları fonunda Azərbaycanın mümkün cəza tədbirləri və yaxud da önləyici tədbirləri ətrafında neqativ media fondunun yaradılması və bu media fondunun da hazırladığı dezinformasiyaları beynəlxalq ictimiayyətə ötürməsi nəticəsində dünyada bir daha Azərbaycanın guya "Ermənistanın ərazi bütövlüyünə qarşı təcavüz"də ittiham olunması mənzərəsi yaratmaq məqsədi ola bilər. Yəni indiki situasiyada mən hazırkı prosesləri belə görürəm.
Amma nəzərə almalıyıq ki, proseslər inkişaf edir, hər gün bu məsələ ətrafında yeni-yeni xəbərlər çıxır. Bildiyiniz kimi, Emanuel Makronun bəyanatlarında bir tək Azərbaycan deyil, eyni zamanda Rusiya tərəfi də hədəfə alınıb. Orada kifayət qədər anti-Rusiya xarakterli elementlər də var idi. Makrona ilk cavab Rusiya XİN-in sözçüsü Mariya Zaxarovadan gəldi, sonra isə Astana görüşü ərəfəsində Rusiya prezidenti Vladimir Putin də Makrona cavab verdi və bu, kifayət qədər sərt cavab idi. Təbii ki, onu qeyd etməliyik ki, dövlətimizin başçısı prezident İlham Əliyev də Makronun bəyanatına cavabsız qoymadı və haqlı olaraq çox sərt cavab verdi.
Həmçinin oxuyun
Azərbaycan tərəfindən bu cavab gözlənilən və məntiqli idi. Rusiya tərəfinin cavabı sanki Ermənistana xəbərdarlıq kimi imiş. Çünki Putin bir tək Makrona cavab vermədi, eyni zamanda ikinci sitatı da var idi: "Biz Ermənistanla Azərbaycan arasında gedən diplomatik prosesləri diqqətlə izləyirik və bunlar nəzərimizdən qaçmır". Putin bununla çox güman ki, Praqa görüşünü, orada əldə olunan nəticəni nəzərdə tuturdu. Unutmamalıyıq ki, Praqa görüşündə Rusiya bir vasitəçi kimi iştirak etmirdi və Rusiya orada ümumiyyətlə yox idi. Praqada Aİ sammitində İlham Əliyev, Nikol Paşinyan, Emanuel Makron, R.T.Ərdoğan, Aİ-nin prezidenti Şarl Mişel iştirak edirdi, - həmin adam ki, Brüssel görüşündən bu yana Praqa razılaşmasının əldə olunmasına ən çox çaba göstərən insanlardan biri idi.
Bu məqamı da qeyd etməliyəm ki, Makronun bəyanatları eyni zamanda Şarl Mişeli də zərbə altına qoyur, çünki dediyim kimi, onun bu görüşün baş tutmasında, razılaşmaların əldə olunmasında zəhməti çox idi. Hazırda belə bir mənzərə yaranıb ki, Rusiya artıq Ermənistana diplomatik müstəvidə xəbərdarlığını edib. Rusiya artıq Ermənistanın "qırmızı xətt"i keçdiyini müşahidə edir və buna cavab addımlar atılacaq.
Bu cavab tədbirləri hansı şəkildə olacaq?
Biz bunu Rusiya-Ermənistan münasibətlərinin xarici siyasət müstəvisində görə bilərik. Amma mən düşünürəm ki, daha çox daxili siyasətdə Rusiya Ermənistana təzyiqini göstərəcək. Çünki Ermənistanda Rusiyanın təsir mexanizmi birbaşa və dolayı manipulyasiya alətləri tükənməzdir. Rusiya Cənubi Qafqazda nə qədər zəifləsə, Rusiya Ukrayana müharibəsində nə qədər yenilgilərə məruz qalsa, bunun Rusiyanın Ermənistandakı imkanlarına təsiri yoxdur.
Hazırda belə bir mürəkkəb vəziyyət yaranıb:
⚫️ Bir tərəfdə Ermənistan tam olaraq Qərbə doğru irəliləməyə çalışır və bunu heç gizlətmir
⚫️ Praqa razılaşmalarında Rusiya iştirak etmədi və bu, Moskvada neqativ reaksiya doğurub
⚫️ Makron öz bəyanatında Rusiyanın Cənubi Qafqazdakı siyasətini də hədəfə aldı və bununla bağlı çox neqativ fikirlərə yer verdi. Əslində Azərbaycanla bağlı yeni bir şey söyləmədi. Makron Jak Şirak, Nikola Sarkozi və Fransua Ollandın dediklərini bir qədər fərqli şəkildə söylədi və Azərbaycan üçün sürpriz deyil ki, Fransa Azərbaycana ən azı dost ölkə deyil.
Hazırda Dövlət Sərhəddində düşmənin nəzərəçarpan aktivliyi bu səpgidə təhlil edilməlidir və proseslər daha da irəliyə gedə bilər. Ehtimal edirəm ki, biz Dövlət Sərhəddində hələ ki sakitlik müşahidə etməyəcəyik.
Onu da qeyd edim ki, son günlərdə düşmənin bir tək yerdəyişmə və yeni qüvvə toplaması deyil, eyni zamanda atəş fəallığı da xeyli dərəcədə artıb. Son günlər düşmən tərəf mövqelərimizi atəşə məruz qoyur. Nəticədə həm sərhədçilərimiz, həm ordu birləşmələrimiz düşmənin bu "aktivliyini" cavab atəşi ilə susdurmaqla məşğuldurlar. Bu səbəbdən də düşünürəm ki, Dövlət Sərhəddində gərginlik hələ müşahidə olunacaq, çox böyük ehtimalla bu gərginlik hələ artacaq da".
10:22 / 15 Mart 2025
Şəhid xanımı oxuduğu universitetdə işə başladı
1
10:11 / 15 Mart 2025
Nazirə sanksiya tətbiq olundu
9
09:50 / 15 Mart 2025
111 yaşlı qadın uzunömürlülüyün sirrini açıqladı
9
09:40 / 15 Mart 2025
Boşanma parti”si nə deməkdir?
14
09:27 / 15 Mart 2025
9-cu sinif buraxılış imtahanlarının vaxtı təyin edildi
14
09:16 / 15 Mart 2025
İdeal imsak və iftar süfrəsi necə olmalıdır?
29
09:00 / 15 Mart 2025
“Putin bu müharibədən çıxa bilməz” - Zelenski
35
21:49 / 14 Mart 2025
Sumqayıtda sərnişin avtobusu piyadanı vuraraq öldürüb
94
21:20 / 14 Mart 2025
Tıxaclara qarşı mübarizə: Yeni yollar salınır - VİDEO
100
20:58 / 14 Mart 2025
Ramazanın 15-ci gününün duası - İmsak və iftar vaxtı
131
20:43 / 14 Mart 2025
Ağ Ev: Putinlə danışan Tramp yox, Uitkoff olub
115
20:22 / 14 Mart 2025
SON DƏQİQƏ! Rusiya Azərbaycanla bağlı açıqlama yaydı
1575
20:11 / 14 Mart 2025
Bu rüsum 100 manat
158
20:06 / 14 Mart 2025
Danimarka Demokratları Qrenlandiya üzərində ABŞ-a qarşı birliyə çağırır
126
19:56 / 14 Mart 2025
Kanada rəsmi olaraq baş naziri dəyişir
139
19:48 / 14 Mart 2025
İŞİD liderlərindən biri öldürülüb
143
19:34 / 14 Mart 2025
DİN vətəndaşlara müraciət edib
149
19:29 / 14 Mart 2025
BMT hakimi qadını köləliyə məcbur etməkdə təqsirli bilinib
148
19:24 / 14 Mart 2025
Putin və Maduro danışıqlara başlayıb
148
19:18 / 14 Mart 2025
Süd istehsal edən qadın — VİDEO
332
18:53 / 14 Mart 2025
NATO üzv ölkələrin hərbi potensialını artırmaq niyyətindədir
144
18:47 / 14 Mart 2025
Qadının ağciyərindən tikiş iynəsi çıxarıldı
132
18:25 / 14 Mart 2025
Bakıda 1 milyonluq narkotiklə tutulan şəxs kimdir? — FOTO+VİDEO
696
18:20 / 14 Mart 2025
Prezident “Euronews”a müsahibə verib - Tam mətn
171
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.