Qaynar xətt:

(+99450) 247 90 86

Putin danışdı: Qəbuledilməzdir

Putin danışdı: Qəbuledilməzdir

SİYASƏT

404

14.10.2022, 12:01

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Rusiya Prezidenti Vladimir Putin fransalı həmkarı Emmanuel Makronun Rusiyanın Azərbaycan-Ermənistan münasibətlərinin nizamlanmasındakı mövqeyi ilə bağlı açıqlamalarını qəbuledilməz adlandırıb.

Oxu24.com  xəbər verir ki, bu barədə Vladimir Putin Qazaxıstanın paytaxtı Asatanada keçirilən MDB Dövlət Başçıları Şurasının sammitində bildirib.

V.Putin E.Makronu Azərbaycan-Ermənistan münasibətlərindəki problemləri başa düşməməkdə, tərəflərin mövqeləri haqqında məlumatı olmamaqda ittiham edərək deyib: “Buna görə də onun açıqlaması (Fransa Prezidentinin bəyanatı – red.) yanlış səsləndi, hətta mən təhrif deyərdim. Ona görə də qəbuledilməzdir”.

Rusiya liderinin sözlərinə görə, Fransa Prezidenti ilə məsələni müzakirə etməyə imkanı olacaq.

V.Putin vurğulayıb ki, Rusiya istənilən münaqişəni səmimi şəkildə həll etməyə çalışıb.

Xatırladaq ki, Fransa Prezidenti Emmanuel Makron Rusiyanı Cənubi Qafqazda pozuculuq fəaliyyətində, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasında əməli addım atmamaqda ittiham etmişdi.