Prezidentin bu Fərmanı nələri dəyişəcək? -Deputatdan AÇIQLAMA
19 Oktyabr 2026, 23:24
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
339
09.10.2022, 11:25
Rusiya prezidenti Vladimir Putin dəfələrlə dünyanı nüvə silahı ilə hədələyib.
OXU24.COM Musavat.com-a istinadən xəbər verir ki, analitiklər hələ də bu silahdan istifadə olunma ehtimalını çox az hesab etsələr də, Qərb rəsmiləri təhdidləri ciddi qəbul edir və Rusiyanın döyüş meydanında taktiki nüvə silahından istifadə etməyə hazırlaşacağına dair hər hansı əlamətin olub-olmadığını izləyirlər.
BAYDENDƏN QİYAMƏT XƏBƏRDARLIĞI
ABŞ prezidenti Cozef Bayden xəbərdarlıq edib ki, əgər Vladimir Putin Ukraynadakı müharibədə qalib gəlmək üçün taktiki nüvə silahından istifadə edərsə, dünya "armageddon"la (qiyamət savaşı) üzləşə bilər.
ABŞ prezidentinin sözlərinə görə, dünya 60 ildir nüvə fəlakətinə ən yaxın olan nöqtədədir:
"Biz Kennedi və Kuba raket böhranından sonra armageddon ehtimalı ilə heç üzləşməmişdik".
ZELENSKİDƏN SENSASİON AÇIQLAMA
Ukrayna lideri Zelenski Putinin öz xalqını nüvə hücumuna hazırlamağa başladığını bildirib. BBC-yə danışan Zelenski bu cür hazırlıqların "çox təhlükəli" olduğunu vurğulayıb.
Bununla belə, o, Rusiyanın nüvə silahından istifadə edib-etməmək barədə hələ qərar verdiyini düşünmədiyini də bəyan edib. Ukrayna lideri nüvə müharibəsinin fəlakətli nəticələri barədə həm Rusiyaya, həm də dünyaya xəbərdarlıq edib.
Ukrayna lideri bu cür narahatlıqları bölüşsə də, bildirib ki, bu, Qərb dövlətlərini Ukraynanı dəstəkləməkdən çəkindirmək üçün nəzərdə tutulmuş təhdid də ola bilər.
"Onlar bunu etməyə, nüvə silahından istifadə etməyə hazır deyillər. Heç özləri də bilmirlər ki, bundan istifadə edəcəklər, ya yox. Məncə, bu barədə danışmaq belə təhlükəlidir" - Zelenski deyib.
00:19 / 20 Oktyabr 2026
64
23:56 / 19 Oktyabr 2026
12
23:56 / 19 Oktyabr 2026
73
23:45 / 19 Oktyabr 2026
68
23:40 / 19 Oktyabr 2026
69
23:36 / 19 Oktyabr 2026
87
23:36 / 19 Oktyabr 2026
72
23:34 / 19 Oktyabr 2026
73
23:30 / 19 Oktyabr 2026
89
23:30 / 19 Oktyabr 2026
109
23:27 / 19 Oktyabr 2026
72
23:26 / 19 Oktyabr 2026
89
23:24 / 19 Oktyabr 2026
256
23:20 / 19 Oktyabr 2026
84
23:16 / 19 Oktyabr 2026
75
23:10 / 19 Oktyabr 2026
76
23:04 / 19 Oktyabr 2026
74
23:03 / 19 Oktyabr 2026
75
22:25 / 19 Oktyabr 2026
145
22:22 / 19 Oktyabr 2026
80
22:11 / 19 Oktyabr 2026
95
22:06 / 19 Oktyabr 2026
250
21:37 / 19 Oktyabr 2026
112
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.