Qaynar xətt:

(+99450) 247 90 86

Lavrovdan kütləvi qırğın silahlarından istifadə ilə bağlı AÇIQLAMA

Lavrovdan kütləvi qırğın silahlarından istifadə ilə bağlı AÇIQLAMA

SİYASƏT

282

07.10.2022, 13:14

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol
Ukrayna kütləvi qırğın silahlarından istifadə ilə bağlı risklər yaradır, bunu Zelenskinin NATO-nun Rusiya Federasiyasına qabaqlayıcı zərbə endirməsi barədə bəyanatı sübut edir.
 
OXU24.COM APA-ya istinadən bildirir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.
 
"Sözsüz ki, biz nüvə silahının mümkün istifadəsi ilə bağlı son vaxtlar daim böyüyən müzakirələrdən, o cümlədən, Kiyev rejiminin kütləvi qırğın silahlarının müxtəlif növlərindən istifadə riskləri yaradan məqsədyönlü addımlarından sükutla keçə bilmərik. Dünən Zelenski öz Qərbdən olan sahiblərini Rusiyaya qarşı qabaqlayıcı nüvə zərbəsi endirməyə çağırdı. Bununla o, mahiyyətcə bütün dünyaya Kiyev rejimindən gələn təhlükələrin daha bir sübutunu və bu təhlükənin zərərsizləşdirilməsi üçün xüsusi hərbi əməliyyatın başlama səbəbini təqdim etdi", - deyə Lavrov, "Vahid Rusiya" partiyası Ali Şurasının beynəlxalq əməkdaşlıq və xaricdəki həmvətənlərə dəstək üzrə komissiyasının dördüncü iclasında bildirib.