Qaynar xətt:

(+99450) 247 90 86

Putin yeni ərazilərə “rəhbərlər” təyin etdi

Putin yeni ərazilərə “rəhbərlər” təyin etdi

SİYASƏT

346

05.10.2022, 17:26

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Rusiya Prezidenti Vladimir Putin “Donetsk və Luqansk Xalq Respublikaları”, eləcə də Xerson və Zaporojye vilayətlərinə müvəqqəti “rəhbərlər” təyin edib. 

Putin bununla bağlı müvafiq sərəncamlar imzalayıb. 

Bununla da, Denis Puşilin “Donetsk Xalq Respublikası”nın, Leonid Paseçnik “Luqansk Xalq Respublikası”nın, Yevgeniy Baliçkiy Zaporojye, Vladimir Saldo isə Xerson vilayətinin “rəhbərləri” təyin olunub. 

Sözügedən şəxslər regionlara “qubernatorlar” seçilənə qədər həmin ərazilərə rəhbərlik edəcəklər.