Qaynar xətt:

(+99450) 247 90 86

Putin Bakı və İrəvana SƏSLƏNDİ - "SON HƏLL YOLU..."

Putin Bakı və İrəvana SƏSLƏNDİ - \\\"SON HƏLL YOLU...\\\"

SİYASƏT

442

20.09.2022, 19:45

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Azərbaycanla Ermənistan arasında gərginliyin azaldılması üçün KTMT çərçivəsində tədbirlər görülür. 

OXU24.COM xarici mediaya istinadən bildirir ki, bunu Rusiya prezidenti Vladimir Putin bu gün ona etimadnaməsini təqdim edən digər ölkələrin səfirlərinə müraciət edərkən deyib. Sözügedən mərasim Kremldə baş tutub. 

Putin xüsusilə bildirib ki, KTMT missiyası strukturun baş katibinin rəhbərliyi altında eskalasiya zonasına göndərilib. Putin bununla belə, missiyanın araşdırmaların nəticələrinə əsasən Kollektiv Təhlükəsizlik Şurasına təkliflər təqdim etmək tapşırığı olduğunu bildirib.

Putin həmçinin deyib ki, Rusiyanın qonşuları arasında hər hansı münaqişə Moskvada ciddi narahatlıq doğurur. O, hər iki tərəfi təmkinli olmağa, atəşkəs rejimini  saxlamağa və məlum üçtərəfli bəyanatlara əməl etməyə çağırıb. Rusiya Federasiyası Prezidentinin sözlərinə görə, münaqişənin həlli Rusiyanın məsləhətləşmələr apardığı Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası üzrə birgə komissiyada aparılan peşəkar birgə işdən keçir.