İran Prezidenti: ABŞ danışıqlardan əvvəl sanksiyaları aradan qaldırmalıdır
20 Oktyabr 2026, 22:33
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
335
20.09.2022, 08:41
Nensi Pelosinin Ermənistana səfəri zamanı erməni rəssam Q.Xancanyanın "Avarayr" rəsmi önündə guya 451-ci ildə ermənilərin Sasanilərə qalib gəlməsini onların tarixinin "şərəfli" hissəsi kini qələmə verməsini bizim media da elə paylaşır ki, kənardan baxan doğurdan da bu coğrafiyada o dövrdə ermənilər yaşadığını düşünəcək.
OXU24.COM axar.az-a istinadən bildirir ki, Avarayr döyüşü zamanı ermənilər Qafqazda nə gəzirdi? Erməni var idi o dövrdə burda?
Ermənilər bizim Alban tariximizi oğurlayıb! döyüş albanlarla Sasanilər arasında olub, bunu araşdırmadan, erməni saxtakarlığını həqiqət kimi qələmə vermək olmaz!
Bu tarixi döyüş albanların Sasanilərə qarşı apardığı mübarizənin nəticəsi olaraq Maku və Xoy arasında yerləşən ərazidə baş verib.
O dövrdə Sasanilərin apardığı siyasət Azərbaycanda və ona qonşu olan ölkələrdə tez-tez üsyanların baş verməsinə səbəb olmuşdu. Albanların digər Qafqaz xalqları ilə (iberlər, tərəkəmələr, Şahdağ xalqları) birlikdə Sasanilərə qarşı yönəlmiş 450-ci il üsyanına Alban katalikosu başçılıq edirdi. 450-ci il Xalxal döyüşündə üsyançılar Sasanilərə qalib gəlsələr də, 451-ci il Avarayr düzündə baş vermiş döyüşdə ağır məğlubiyyətə uğramışdılar.
Bütün qədim qaynaqlar və mənbələr bu döyüşün albanlar və Sasanilər arasında baş verdiyini yazır. Rus və ermənilərin tariximizi, xüsusilə albanları erməniləşdirmək cəhdinə qətiyyən dəstək vermək olmaz.
Alban hökmdarlarının adına baxın! Albaniyanı idarə edən hökmdarların adları sıra üzrə belədir: I Cəsur Vaçaqan, Vaçe, Urnayr, II Vaçaqan, Mihravan, Satay, Asay, Yesuagen, Vaçe və nəhayət, III Mömin Vaçaqan.
Burda erməni adı görürsüz? Guya üsyana Vardan Mamikonyan başçılıq edirdi. "Yan" soyadı var idi o dövrdə? "Yan" soyad sonluğunu Qafqaza köçürülən ermənilər Rusiyanın himayəsinə keçəndən sonra götürüb. Üsyan zamanı Vardan adı heç bir mənbədə çəkilmir. Bizim tarix kitablarında varsa da, ruslardan köçürülən kitablardır ki, onlar da dövlətimizin birbaşa təhlükəsizliyinə qarşıdır.
100 erməni müəllifdən sitat gətirərəm, özləri etiraf edirlər ki, Qafqaza 17-ci əsrdən köçməyə başlayıblar. Bəs siz niyə erməni dəyirmanına su töküb, guya onların 451-ci ildə bu ərazilərdə yaşadığı saxta tarixini yayırsınız?
23:59 / 20 Oktyabr 2026
75
23:35 / 20 Oktyabr 2026
95
23:23 / 20 Oktyabr 2026
83
23:16 / 20 Oktyabr 2026
75
22:54 / 20 Oktyabr 2026
109
22:44 / 20 Oktyabr 2026
94
22:33 / 20 Oktyabr 2026
128
22:22 / 20 Oktyabr 2026
87
22:22 / 20 Oktyabr 2026
96
21:51 / 20 Oktyabr 2026
204
21:47 / 20 Oktyabr 2026
179
21:42 / 20 Oktyabr 2026
107
21:39 / 20 Oktyabr 2026
416
21:33 / 20 Oktyabr 2026
1152
21:28 / 20 Oktyabr 2026
97
21:22 / 20 Oktyabr 2026
478
21:17 / 20 Oktyabr 2026
97
21:15 / 20 Oktyabr 2026
96
21:06 / 20 Oktyabr 2026
93
21:03 / 20 Oktyabr 2026
85
21:00 / 20 Oktyabr 2026
79
20:55 / 20 Oktyabr 2026
76
20:50 / 20 Oktyabr 2026
97
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.