İran Prezidenti: ABŞ danışıqlardan əvvəl sanksiyaları aradan qaldırmalıdır
20 Oktyabr 2026, 22:33
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
410
16.09.2022, 09:30
İnsan alverinin qurbanına çevrilmiş gənc amerikalı qız Piper Lyuisə öldürdüyü təcavüzçünün ailəsinə 150 min dollar məbləğində təzminat ödəməyə qərar verilib.
OXU24.COM bildirir ki, bu barədə "The New York Times" məlumat yayıb.
Çərşənbə axşamı, sentyabrın 13-də, 17 yaşlı bir qız Ayova məhkəməsi tərəfindən üç il müddətində ildə 200 saat ictimai iş, habelə "Yeni start" Qadın Mərkəzində şərti azad edilmə imkanı olmadan beş il sınaq müddəti cəzasına məhkum edilib. O, ciddi nəzarət altında olacaq və GPS izləmə cihazı taxacaq. Bu, hakim David M. Porterin dediyinə görə, onun "əvvəlki həyat tərzinə qayıda biləcəyi" qorxusundan edilib. Bundan əlavə, azyaşlı amerikalıya 2020-ci ilin iyununda öldürdüyü De-Moyndən olan 37 yaşlı Zakari Bruksun ailəsinə 150 000 dollar məbləğində təzminat ödəmək tapşırılıb.
2021-ci ildə Lyuis qəsdən adam öldürmə və qəsdən bədənə zərər vurmada günahını etiraf edib. Bu ittihamların hər ikisi on ilə qədər həbs cəzasını nəzərdə tutub. Hakim Porter ona həbs cəzası verib. Lakin qeyd edilir ki, Lyuis sınaq müddətini pozarsa, o, 20 ilə qədər həbs cəzasına göndəriləcək.
Hakim Porter onu zorlayanın ailəsinə təzminat ödənilməsinin zəruriliyini "məhkəməmizin başqa çarəsi yoxdur" sözləri ilə izah edib və bu, Ayova qanunlarına görə restitusiyanın məcburi olmasını əsas gətirib.
Rəsmilərə görə, Piper Lyuis 2020-ci ildə 15 yaşında ikən övladlığa götürülən anası tərəfindən zorakılığa görə bir neçə dəfə evdən qaçıb. Bir müddət gecəni dostları ilə keçirib, lakin yaşamağa yeri olmayanda De-Moynedəki yaşayış binasının dəhlizində yatmağa başlayıb. 28 yaşlı Kristofer Braun ona yatmaq üçün yer və kömək təklif edib, bundan sonra onu zorla cinsi həzz almaq istəyən kişilərə satmağa başlayıb. Lyuisin sözlərinə görə, ümumilikdə o, onu yeddi və ya səkkiz kişi ilə cinsi əlaqəyə girməyə məcbur edib. Bu adamlardan biri Zakari Bruks olub. Bildirilib ki, ilk görüşdə Bruks qıza spirtli içki verib və ona sərxoşedici psixoaktiv maddələr verib, bundan sonra qız huşunu itirən zaman onu 5 dəfə zorlayıb. Daha sonra Lyuis yenidən kişinin yanına gəlmək məcburiyyətində qalıb. Amerikalı qızı ikinci dəfə sərxoş etdiyini və yalvarışlarına baxmayaraq təcavüz etdiyini etiraf edib. O, ayılıb nə baş verdiyini anlayanda bıçaq götürüb və əsəbi halda kişini bıçaqlayıb.
"The Guardian" aydınlaşdırır ki, polis və prokurorlar Lyuisin cinsi təcavüzə məruz qalması və cinsi köləliyə satılması ilə bağlı mübahisə etməyiblər. Bununla belə, prokurorlar Bruksun qətl zamanı yuxuda olduğunu və həmin vaxt Lyuis üçün təhlükə yaratmadığını iddia ediblər.
09:38 / 21 Oktyabr 2026
1
09:36 / 21 Oktyabr 2026
5
09:34 / 21 Oktyabr 2026
15
09:31 / 21 Oktyabr 2026
20
09:29 / 21 Oktyabr 2026
26
09:28 / 21 Oktyabr 2026
28
23:59 / 20 Oktyabr 2026
128
23:35 / 20 Oktyabr 2026
192
23:23 / 20 Oktyabr 2026
111
23:16 / 20 Oktyabr 2026
106
22:54 / 20 Oktyabr 2026
172
22:44 / 20 Oktyabr 2026
133
22:33 / 20 Oktyabr 2026
149
22:22 / 20 Oktyabr 2026
104
22:22 / 20 Oktyabr 2026
130
21:51 / 20 Oktyabr 2026
285
21:47 / 20 Oktyabr 2026
250
21:42 / 20 Oktyabr 2026
145
21:39 / 20 Oktyabr 2026
665
21:33 / 20 Oktyabr 2026
4486
21:28 / 20 Oktyabr 2026
118
21:22 / 20 Oktyabr 2026
681
21:17 / 20 Oktyabr 2026
113
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.