Bu gün islam dünyasında baş verənlərin bir adı var: Cəhalətin Renessansı!
23 Oktyabr 2026, 23:30
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
508
07.08.2022, 15:17
Kremldən dünən verilən açıqlamada Fransanın “qeyri-dost ölkə” olduğu bildirilib.
OXU24.COM xəbər verir ki, açıqlamada bu səbəbdən Fransa ilə danışıqlara ehtiyacın olmadığı, Rusiya Prezidenti Vladimir Putin və fransalı həmkarı Emmanuel Makron arasında iki aydır telefon danışığı aparılmadığı deyilib.
AFP-nin məlumatına görə, Kremlin sözçüsü Dmitri Peskov ilin əvvəlində bir neçə dəfə görüşən Putin və Makron arasında son vaxtlar telefon danışıqlarının olmaması ilə bağlı suala cavab olaraq belə deyib:
“Ölkəmizə qarşı qəbul etdiyi qərarlara görə, Fransa dost olmayan ölkədir. Tərəflər görüş üçün münasib vaxtın çatmadığını və bunun hələlik lazım olmadığını düşündükləri üçün telefonla danışmırlar. Lazım gələrsə görüşəcəklər”.
Putin və Makron arasında son görüş mayın 28-də Almaniya Kansleri Olaf Şolzun iştirakı ilə Rusiya ordusu tərəfindən əsir götürülən ukraynalı hərbçilərin təslim edilməsi ilə bağlı telefon danışığı olub. Fevralın 24-də Rusiyanın Ukraynaya hücumu ilə gərginlik pik həddə çatdıqdan sonra iki lider həmin ayda beş dəfə olmaqla mart və mayda telefon danışığı aparıblar. Bundan başqa, Makron Putinlə görüşmək üçün fevralın 7-də Moskvaya səfər edib.
Makron Rusiyanın Ukraynaya hücumlarını dayandıra bilməsə də, rusiyalı həmkarı ilə tez-tez təmasda olduğu üçün tənqidə tuş gəlirdi.
Rusiya Ukraynaya hücum etdikdən sonra Moskvaya qarşı tətbiq etdiyi sanksiyalara görə Fransa da daxil bir çox ölkələri “dost olmayan ölkələr” kimi təsnif edir.
Rusiya ABŞ, Avstraliya, Kanada, Böyük Britaniya, Yaponiya, Cənubi Koreya, Norveç, Tayvan və bəzi Avropa Birliyi üzvlərinin də daxil olduğu “dost olmayan ölkələr” siyahısını tez-tez genişləndiri
01:32 / 24 Oktyabr 2026
58
23:56 / 23 Oktyabr 2026
77
23:54 / 23 Oktyabr 2026
74
23:51 / 23 Oktyabr 2026
73
23:48 / 23 Oktyabr 2026
73
23:44 / 23 Oktyabr 2026
77
23:30 / 23 Oktyabr 2026
77
23:23 / 23 Oktyabr 2026
82
23:19 / 23 Oktyabr 2026
76
23:13 / 23 Oktyabr 2026
85
23:08 / 23 Oktyabr 2026
81
22:58 / 23 Oktyabr 2026
80
22:44 / 23 Oktyabr 2026
86
22:35 / 23 Oktyabr 2026
80
22:24 / 23 Oktyabr 2026
81
22:10 / 23 Oktyabr 2026
90
21:59 / 23 Oktyabr 2026
84
21:39 / 23 Oktyabr 2026
93
21:36 / 23 Oktyabr 2026
87
21:20 / 23 Oktyabr 2026
76
21:17 / 23 Oktyabr 2026
89
20:52 / 23 Oktyabr 2026
86
20:43 / 23 Oktyabr 2026
90
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.