Pezeşkian Moskvaya səfər edəcək
24 Oktyabr 2026, 18:55
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
398
24.07.2022, 12:11
Elşad Həsənov: “Onlar qışda Avropanı soyuqda saxlamaq istəyir”
img
O da məlumdur ki, Azərbaycanın qaz ixracını artırması Rusiya ilə rəqabət aparmaq anlamına gəlmir. Ən azından ona görə ki, ixrac olunan qazın həcmləri arasında kəskin fərq var. Məsələ ondadır ki, 2021-ci il göstəricilərinə görə, Avropa İttifaqının qaz ehtiyacı 400 milyard kubmetrdən artıq təşkil edib. Bu payın 155 milyard kubu Rusiyaya aid olub. 85 milyard kubmetr qaz hazırda Norveçdən tədarük edilir. Aİ-yə nəql edilən qazın 8%-i isə Əlcəzairin payına düşür. Aİ ilə bağlanan müqaviləyə görə isə, Azərbaycan Avropaya göndərəcək qaz ixracatını 20 milyard kubmetrə çatdıracaq. Arada kifayət qədər böyük fərqin olduğu ortadadır. Ancaq nədənsə, Vladimir Solovyov başda olmaqla, bir sıra Rusiya telekanallarında gedən verilişlərdə Azərbaycanı buna görə qaralayırlar və sətiralı təhdidlər səslənir. Guya Azərbaycanın bu addımları Rusiyanın iqtisadi maraqlarına qarşı yönəlib. Məgər biz qaz ixracına görə Rusiya ilə rəqabət aparırıq? Aradakı fərqi görmürlərmi?
“Rusiyanı əsas narahat edən məsələ Azərbaycan üzərindən Türkmənistan qazı və Qazaxıstan neftinin ixrac perspektividir”
Məsələyə münasibət bildirən siyasi ekspert Elşad Həsənovun fikrincə, Azərbaycanın Aİ ilə imzaladığı enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu dostlarımızı sevindirdi, bizi istəməyənləri məyus etdi: “O cümlədən, Rusiyada olan müəyyən dairələr bundan narahatdılar. Onlara yaxın olan media qurumları bundan Azərbaycana qarşı istifadə etmək istəyirlər. Çünki Azərbaycan müstəqil siyasət həyata keçirir. Ermənistan kimi forpost ölkə deyil. Ermənistan sərhədlərini Rusiya qoruyur. Sənaye sahələrinin səhmləri Rusiyaya məxsusdur. Bir ölkənin sərhədini digər dövlət qoruyursa, həmin ölkənin müstəqil olmasından danışmağa dəyməz. Azərbaycanın siyasi müstəqilliyi olmaqla yanaşı, həm də iqtisadi müstəqilliyi var. Son iki ildə Azərbaycanla Aİ arasında əlaqələr genişlənib. Artıq Azərbaycan Aİ-nin 9 ölkəsi ilə ikitərəfli strateji tərəfdaşlıq sazişi imzalayıb. Rusiyada bəzi qüvvələr Azərbaycanla bağlı ona görə narahatdır ki, onlar qışda Avropanı soyuqda saxlamaq istəyir. O üzdən istəmirlər ki, Azərbaycan Avropaya qaz ixrac etsin. Bax, budur məsələ. Belədə, təbii ki, bizim ixrac etdiyimiz qazın həcmi Rusiya ilə müqayisəolunmaz dərəcədə azdır. Bunlar anlamaq istəmir ki, dünya təkcə Rusiyadan ibarət deyil. Bu nöqteyi-nəzrdən Azərbaycanı hədəf alırlar. Rusiyanı əsas narahat edən məsələ Azərbaycan üzərindən Türkmənistan qazı və Qazaxıstan neftinin ixrac perspektividir. Artıq Rusiya siyasi elitası anlayır ki, bu qaçılmazdır. Fikrimcə, Azərbaycana qarşı qaralama kampaniyasının kökü buna bağlıdır”.
23:16 / 24 Oktyabr 2026
152
22:52 / 24 Oktyabr 2026
118
22:34 / 24 Oktyabr 2026
111
22:14 / 24 Oktyabr 2026
86
22:05 / 24 Oktyabr 2026
286
21:42 / 24 Oktyabr 2026
1828
21:28 / 24 Oktyabr 2026
96
21:12 / 24 Oktyabr 2026
95
21:07 / 24 Oktyabr 2026
94
20:52 / 24 Oktyabr 2026
92
20:34 / 24 Oktyabr 2026
96
20:31 / 24 Oktyabr 2026
951
20:12 / 24 Oktyabr 2026
103
20:05 / 24 Oktyabr 2026
106
19:55 / 24 Oktyabr 2026
97
19:40 / 24 Oktyabr 2026
97
19:09 / 24 Oktyabr 2026
134
18:55 / 24 Oktyabr 2026
93
18:40 / 24 Oktyabr 2026
110
18:27 / 24 Oktyabr 2026
102
18:20 / 24 Oktyabr 2026
439
18:13 / 24 Oktyabr 2026
668
18:07 / 24 Oktyabr 2026
93
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.