Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
72141
az

Bakı Xankəndinə bir az da yaxınlaşdı - Rusiya hansı müdaxiləni edəcək?

17:2919 İyul, 2022
454
SİYASƏT
  • A

Bakıda Azərbaycanla Avropa İttifaqı arasında Prezident İlham Əliyev və Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayenin iştirakı ilə enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu imzalandı.

Aİ ilə Azərbaycan bir çox sahədə əməkdaşlıq edir və bu, xüsusilə enerji sahəsinə aiddir. Rəsmi Bakı ilə Avropa İttifaqı arasında bir neçə iri layihələr həyata keçirilib. 2006-cı ildə də oxşar saziş imzalanmışdı. Dünənki sazişi Prezident İlham Əliyev gələcək üçün Yol Xəritəsi adlandırdı. 

Bu sənədin digərlərindən fərqi nədir? 

Ən başlıcası, dövr dəyişib. 2006-cı ildə Şərq Tərəfdaşlığı Proqramı imzalanan zaman da məhz istiqamətlərdən biri enerji təhlükəsizliyi idi.

Avropa İttifaqı enerji təhlükəsizliyi istiqamətində 6 ölkə ilə əməkdaşlıq etmək niyyətində idi və həmin əməkdaşlıq da quruldu. Amma artıq fərqli, yeni bir dövr başlayıb:

Bir tərəfdən Azərbaycanın mavi qaz hasilatında artımlar var. 2006-cı ildə Azərbaycan Avropa bazarına daha çox öz nefti, xam nefti ilə çıxmaq niyyətində idi. Bu da Bakı-Tbilisi-Ceyhan vasitəsilə neftin nəqli və Avropanın neftə olan tələbinin ödənilməsində Azərbaycanın rolunun artmasına gətirib çıxardı.

Amma 2022-ci ildə bir tərəfdən Azərbaycanın mavi qaz hasilatında artımlar var. Nəinki 2006-cı il ilə, hətta 2018-ci illə müqayisə etsək Azərbaycanın mavi qaz hasilatı 2,5 dəfə artıb. Avropaya qaz nəqlində kəskin artımlar var. Bu ilin birinci yarısında Azərbaycan Avropaya 5,4 milyard kub metr mavi qaz nəql edib ki, bu da əvvəlki ilin uyğun dövrü ilə müqayisədə (Bu rəqəm ötən ilin ilk yarısında təxminən 3 milyard kub metr idi. - red.) təxminən 89 % çox deməkdir. 

Beləcə, Azərbaycan və Avropa İttifaqı arasında enerji əməkdaşlığının artırılması barədə imzalanan yeni memoranduma əsasən, Cənub Qaz Dəhlizinin genişləndirilməsi hesabına Azərbaycandan Avropaya ixrac olunan qazın həcmi 2027-ci ildə 20 milyard kub metrə çatdırılacaq. Hazırda bu həcm 8 milyard kub metrə bərabərdir. 

2027-ci il Avropa İttifaqı üçün mühüm tarixdir, çünki rəsmi Brüssel gələcək beş il ərzində Rusiya qazından asılılığı sıfıra endirmək niyyətindədir. 

Ötən il Avropa İttifaqı Rusiyadan 155 milyard kub metr qaz idxal edib. Avropa İttifaqının illik qaz ehtiyacı 400 milyard kub metrdən artıqdır. Rəqəmlər Azərbaycan qazının Aİ miqyasında Rusiya qazına alternativ ola bilməyəcəyini göstərir. Lakin regional miqyasda, xüsusilə Cənubi Avropanın enerji təminatında 20 milyard kub metr həcm çox önəmli rəqəmdir. 

Yəni bir tərəfdən qaz hasilatımız artır, digər tərəfdən Avropa daxil olmaqla mavi qaz ixracatımızda artımlar var. 2022-ci ildə Azərbaycan 22 milyard kub metrdən artıq mavi qazı Avropa daxil olmaqla Türkiyə və Gürcüstana nəql etmək niyyətindədir. 

Həmin mavi qazın təxminən 10 milyard kub metri Avropaya nəql olunacaq. Artıq bu aydan etibarən Azərbaycanın mavi qazı Yunanıstana, Bolqarıstana nəql olunmağa başlaması deyilənlərin əyani təsdiqidir. Bu o deməkdir ki, artıq Şərqi Avropa ölkəsi də Azərbaycan mavi qazını ala bilir və ilin sonuna qədər təxminən 600 milyon kub metr mavi qaz Bolqarıstana nəql olunacaq. 

Avropa üzərində qaz rıçaqını hər vəchlə qorumağa çalışan Rusiyanın enerji geosiyasətində çox "həssas" olduğu məlumdur, bu mənada Avropanın Rusiyaya qarşı qaz diversifikasiyasında Cənub Qaz Dəhlizinin önəminin artmasına böyük ehtimal ki, Moskvanın da reaksiyaları olacaq. 

Kremlin mövqeyi necə olacaq?

Aydın məsələdir ki, Qərbin qarşıdakı 5 il ərzində Rusiya qazından asılılığı sıfıra endirmək niyyəti Kremlin planlarına daxil deyil. Avropa üzərində "qaz rıçaqı"nı hər vəchlə qorumağa çalışan Rusiyanın enerji geosiyasətində həssas olduğu da sirr deyil. 

Amma Kreml onu da çox yaxşı anlayır ki, Azərbaycanın balanslaşdırılmış siyasəti var və Azərbaycan üçün Rusiya ilə olduğu kimi Aİ ilə bütün istiqamətlərdə əlaqələr qurmaq çox vacib məsələdir. Digər yandan baş verən son hadisələr fonunda Avropa İttifaqının Azərbaycan qazına olan təlabatı da göz qarşısındadır. Dünənki sənəddən bir daha üzə çıxdı ki, Azərbaycan Avropa ittifaqı üçün olduqca əhəmiyyətli aktora çevrilir.

Aİ ilə Azərbaycan arasındakı bu razılaşma rəsmi Bakı üçün bir çox əlavə dividentlər qazandıracaq:

⚫️ Aİ rəsmi Bakıdan qazı daha baha qiymətə alacaq. Bu da ölkəmizə həm xarici valyutanın, həm də ümumilikdə qazdan gələn gəlirin artması deməkdir.

⚫️ Qərbə qaz nəqlinin artırılması rəsmi Bakıya siyasi dividentlər də qazandıracaq. Bu saziş xüsusilə Ermənistanla həllini gözləyən məsələlərdə ən azı Qərbin bitərəfliyini təmin etməkdə əsas rıçaq ola bilər. 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Lukaşenko Qarabağda baş verənlərə görə Ermənistan rəhbərliyini günahlandırdı
İlham Əliyev Kremlə QƏRARINI AÇIQLADI - Bu vaxta kimi Qarabağı tərk edin
Bakı Xankəndinə bir az da yaxınlaşdı - Rusiya hansı müdaxiləni edəcək?

Mandarin ördəyi haqda maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Ambulator dərman təminatına bu      tarixdə    başlanılacaq
Almaniyada dəhşətli terror: 11 ölü, 80 yaralı var -YENİLƏNDİ