SON DƏQİQƏ! Rusiya Azərbaycanla bağlı açıqlama yaydı
14 Mart 2025, 20:22
Qaynar xətt:
(+99450) 247 90 86SİYASƏT
459
13.07.2022, 16:49
Rusiya nə qədər desə də ki, Ukrayna müharibəsi onların iqtisadiyyatına, ordusunun vəziyyətinə ciddi təsir etmir, etməyəcək, bu, sadəcə hekayədir. Rəsmi Moskva çox yaxşı bilir ki, müharibə daha da uzanacağı təqdirdə nə ordusundan əvvəlki əsər qalacaq, nə də iqtisadi imkanları rəvac verəcək ki, Ukrayna ilə müharibəni istədikləri kimi bitirə bilsinlər.
Avropanın Şərqində proqnozların əksinə olaraq günü-gündən daha da qızışan müharibə Kollektiv Qərbin, ABŞ-ın planlarına daha çox xidmət edir. Bu, nəticə etibarilə Rusiyanın gücdən salınması və onun hegemonluğuna ən azı uzun illər son qoymaq məqsədilə gəlinmiş qərardır. Bunun nəticəsidir ki, Putinin təbiri ilə desək Kollektiv Qərbin müharibənin başladığı gündən bəri Rusiyaya qarşı nə az, nə çox 11 min 160 sanksiya qərarı mövcuddur.
Kreml hər şeyin fərqindədir, amma gec...
Bir neçə gün öncəyə nəzər salaq: Rusiya Dövlət Duması tətilə çıxmazdan öncə Vladimir Putinin iyulun 7-də parlamentdəki fraksiya liderlərini Kremldə qəbul edərkən bu görüş vasitəsilə Rusiya və dünya ictimaiyyətinə bəzi mesajlar göndərməsi diqqətdən yayınmadı.
Kreml rəhbəri burada müharibənin başladığı gündən bu yana ilk dəfə bəzi etirafları ilə diqqət mərkəzinə düşdü. Onun əsas etirafı müharibə ifadəsi işlətməsiylə bağlıdır, halbuki Vladimir Putin və onun ətrafı bu zamana kimi Ukraynadakı müharibəni "xüsusi əməliyyat" adlandırırlar. Putin ilk dəfə müharibəni məhz müharibə kimi qiymətləndirdi.
Putinin ikinci diqqət çəkən etirafı isə Kollektiv Qərbin hədəfi ilə bağlı ifadə etdiyi cümlələr idi: "Kollektiv Qərb Rusiyanı zəiflətmək üçün fürsət axtarırdı və bu onlara nəsib oldu, bizə qarşı müharibəyə başladılar, sanskiyalar tətbiq olundu". Putin bununla etiraf etmiş oldu ki, Kollektiv Qərb Rusiyanı Ukraynada tələyə salıb.
Bu gün Ukraynaya sözügedən mərkəzlərdən istər siyasi bəyanatlar, istərsə də edilən aramsız hərbi dəstək də məhz Ukraynanın qalib gəlməsindən çox, Rusiyanın qəddini əymək üçün çoxdan hazırlanan bir planın tərkib hissəsidir.
Kreml artıq çox yaxşı anlayır ki, bu savaşdan nə geri çəkilmək olur, nə də qısa zamanda qələbəni rəsmiləşdirmək mümkündür. Moskvada çox yaxşı başa düşürlər ki, Kiyevə dəstəyin davam edəcəyi təqdirdə Ukrayna xalqı və dövləti geri addım atmayacaq, son nəfəslərinə qədər Rusiya ilə savaşacaq.
Ətraflı
Həmçinin oxuyun
Belə bir ssenariyə qarşı Moskva hazırda hərbi əməliyyatlarla paralel olaraq əsas diqqətini informasiya cəbhəsinə yönəldib.
"The Financial Times" yazır ki, NATO və Aİ ölkələri Ukraynaya tədarük edilən silahları daha diqqətli izləməyə çalışırlar, çünki cinayətkar qruplar onları qanunsuz olaraq ölkədən çıxarıb Avropanın qara bazarına çıxarır. Amma bu, kampaniyaya çox bənzəyir. Rusiya hərbi komponenti itirir və bütün səylərini informasiya cəbhəsinə ötürür. Bunun üçün bütün müəllifləri, politoloqları və bloqerləri ələ almağa ehtiyac yoxdur. Böyük kütlənin etibar etdiyi bəzi media resurslarından dezinformasiyaları işə salmaq kifayətdir.
Bu zaman belə məlumatların istehlakçısında güclü təəssürat yaranır ki, ukraynalılar Ukraynanı müdafiə etmək əvəzinə, Rusiyaya qarşı müqavimət göstərmək yerinə öz ölkələrindən silah oğurlamaqla məşğuldurlar. Nəticədə Kollektiv Qərbdə, ABŞ-da Ukraynaya olan etibarlılıq faizi ciddi şəkildə aşağı düşür. Hətta həmin dövlətlərdə "Ukraynaya silah veririk ki, müharibədə istifadə etsin, biz onlara pulsuz silah göndərmirik ki, satıb parasını ciblərinə qoyalar".
Bu cür dezinformasiyalar nəticəsində Moskva nəticədə bəzi ölkələrin Ukraynaya hərbi dəstəyini, silah-sursat göndərməsi prosesini deaktivləşdriməyi düşünür kimi görünür. Çünki, bu, Qərbdə ictimai rəyi dəyişməyə yönəlmiş informasiya təxribatından başqa bir şey deyil.
Amma iş orasındadır ki, Rusiyanın bu gün Ukraynadan əli yandıda geri dönməsi onun təkcə Donbass xəyallarının üzərindən xətt çəkmək olmayacaq, eyni zamanda onilliklərdir hegemonluq etdiyi digər regionlarda da (Eyni zamanda Cənubi Qafqazda da - red) mövqeyini itimrəsi demək olacaq. Rəsmi Moskva bunun çox yaxşı fərqindədir. Elə bu səbəbdən də Rusiya sözügedən ssenarinin başına gəlməməsi üçün bütün cəbhələrdə istər hərbi, istərsə də informasiya sarıdan savaşmağı artıq gözə alıb.
Bu gün Ermənistanda - Azərbaycanla sərhəddinin bir kilometrliyində hərbi bazalar qurmaq (Ermənistan mənbələri 2 min şəxsi heyətlik hərbi bazanın qurulduğunu qeyd edirlər - red.) təşəbbüsü də məhz bu faktora əsasən aparılır. Ermənistanda keçirilən müxalifət mitinqlərinin kökündə də elə bu plan dayanırdı. Moskvadan idarə edilən bu etiraz aksiyaları birbaşa Nikol Paşinyana təsir etmək üçün nəzərdə tutulmuşdu ki, həmin o hərbi bazaları genişləndirsinlər. Çünki Rusiya çox yaxşı bilirdi ki, Paşinyan bunun tamamilə əleyhinədir. Paşinyan əksinə Moskvadan qurtulmaq yollarını aradığı bir vaxtda özünü bir anda Kremlin "qucağında" gördü. Beləcə, Moskva İrəvanda müxalifət mitinqləri ilə Paşinyana ona lazım olan təzyiqi göstərərək məqsədinə çatdı.
Amma Azərbaycan və Türkiyənin bu region üçün planları çox aydındır. Ankara və Bakı üçün regionun taleyi və öz məqsədləri prioritetdir. Cənubi Qafqaz uğrunda mübarizə ilk dəfə bu qədər açıq və geniş vüsət lamağa başlayır. Region uğrunda mübarizənin isə təkcə siyasi manevrlərlə kifayətlənməyəcəyi istisna edilmir.
21:49 / 14 Mart 2025
Sumqayıtda sərnişin avtobusu piyadanı vuraraq öldürüb
1
21:20 / 14 Mart 2025
Tıxaclara qarşı mübarizə: Yeni yollar salınır - VİDEO
9
20:58 / 14 Mart 2025
Ramazanın 15-ci gününün duası - İmsak və iftar vaxtı
39
20:43 / 14 Mart 2025
Ağ Ev: Putinlə danışan Tramp yox, Uitkoff olub
40
20:22 / 14 Mart 2025
SON DƏQİQƏ! Rusiya Azərbaycanla bağlı açıqlama yaydı
838
20:11 / 14 Mart 2025
Bu rüsum 100 manat
73
20:06 / 14 Mart 2025
Danimarka Demokratları Qrenlandiya üzərində ABŞ-a qarşı birliyə çağırır
51
19:56 / 14 Mart 2025
Kanada rəsmi olaraq baş naziri dəyişir
59
19:48 / 14 Mart 2025
İŞİD liderlərindən biri öldürülüb
65
19:34 / 14 Mart 2025
DİN vətəndaşlara müraciət edib
64
19:29 / 14 Mart 2025
BMT hakimi qadını köləliyə məcbur etməkdə təqsirli bilinib
73
19:24 / 14 Mart 2025
Putin və Maduro danışıqlara başlayıb
82
19:18 / 14 Mart 2025
Süd istehsal edən qadın — VİDEO
166
18:53 / 14 Mart 2025
NATO üzv ölkələrin hərbi potensialını artırmaq niyyətindədir
67
18:47 / 14 Mart 2025
Qadının ağciyərindən tikiş iynəsi çıxarıldı
75
18:25 / 14 Mart 2025
Bakıda 1 milyonluq narkotiklə tutulan şəxs kimdir? — FOTO+VİDEO
478
18:20 / 14 Mart 2025
Prezident “Euronews”a müsahibə verib - Tam mətn
98
18:18 / 14 Mart 2025
Hesablama Palatası Dövlət Turizm Agentliyində yoxlama aparır
82
18:11 / 14 Mart 2025
Arayik Harutunyan Gəncənin bombalanması barədə məlumatı Ermənistan ordusu baş qərargah rəisindən aldığını bildirib
93
17:59 / 14 Mart 2025
Trampın nümayəndəsi Putinlə nə danışıb?
88
17:57 / 14 Mart 2025
Paşinyan bu tarixdə Rusiyaya gedir
92
17:54 / 14 Mart 2025
Sülh müqaviləsi nə zaman olacaq? - Politoloq şərh edir
120
17:46 / 14 Mart 2025
Tramp Putinlə danışıqlar apardığını bildirib
89
17:27 / 14 Mart 2025
Qrenlandiya Amerika olmağa tələsmir
142
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.