Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
71885
az

Moskva bu məqsədinə də çatdı - Rusiya Azərbaycanla sərhədə ORDU YIĞIR

19:3808 İyul, 2022
378
SİYASƏT
  • A

O bildirib ki, Rusiya İrəvanda müxalifət mitinqləri ilə Paşinyana özünə lazım olan təzyiqi göstərdi:

"Bu, gözlənilən idi - Ermənistan tərəfi Laçın məsələsi yaxınlaşdıca xoşagəlməz addımları reallaşdırmağa başlayacaq. Çünki bəllidir ki, əgər Laçına alternativ yol istifadəyə verilərsə, ermənilər də yaxşı bilirlər ki, bu, artıq Qarabağın Ermənistandan bağlılığının tamamilə kəsiləcəyi deməkdir. Anlayırlar ki, bununla da onlar Qarabağla birdəfəlik vidalaşacaqlar. 

Dəhliz bağlanacağı təqdirdə isə birbaşa Gorusdan Laçına, Laçından Qarabağa (Xankəndinə) gəlmək üçün Azərbaycan sərhədçilərinin nəzarətindən keçməli olacaqlar. Bundan sonra hər kəs istədiyi kimi, qeyri-qanuni səfərlər edə bilməyəcək. Çünki istər yüklərin, istər insanların Xankəndinə gəliş-gedişi birbaşa Azərbaycan əsgərinin nəzarətində olacaq. 

Ermənilər yaxşı bilirlər ki, artıq geriyə yol yoxdur. Çünki 2020-ci il 10 noyabr anlaşmasının 6-cı bəndinə uyğun olaraq Paşinyan artıq buna qol çəkib və bu öhdəliyi üzərinə götürüb. 
 

Hazırda Laçında kəndlər var ki, az sayda da olsa ermənilər yaşayırlar. Amma müharibə zamanı Laçından çıxan digər erməniləri bu kəndlərə gətirməyə çalışan separatçılar, buna nail ola bilmirlər. Əksəriyyəti artıq İrəvanda güya "qaçqın" kimi oturublar, qayıtmağa qorxurlar. Amma Laçının bəzi kəndlərində qalan o ermənilər isə Suriyadan köçürdülüb gətirilən ermənilərdir, onlar Laçında doğulub yaşamış ermənilər deyil. 

Artıq alternativ yol həmin kəndlərin içindən keçəcəyi üçün ermənilər oradakı evləri sökürlər. Çünki bilirlər ki, onlar gec-tez oranı tərk edəcəklər. Ona görə də, evlər yandırılır, infrastrukturlar məhv edilir ki, Azərbaycana qalmasın. Kin-küdurətlərini, qəzəblərini bu yolla çıxardırlar. Amma bunlar boş şeylərdir. Yəni ki, onlar orada nə tikib, nə yaradıblar ki, hələ bir məhv etsinlər. Bunlara baxmayaraq, qısa bir zamanda Gorus-Laçın yolunun açılmaq xəbərini eşidəcəyik. 

Rusiya silahlı qüvvələrinin sülhməramlı dəstəsi nəinki indi Tavuş vilayətinin Berd rayonunun Ayqepar (Şəmşəddin) kəndi yaxınlığındakı keçmiş hava limanının ərazisində hərbi bazasının aktiv tikintisi aparır, hətta onlar qərara gəliblər ki, bütün Ermənistanın Azərbaycanla bütün sərəhəddi boyu ərazilərinə yerləşsinlər. Gümrüdəki 102-ci baza hərbi hissələrini Ermənistan boyunca artıracaq. 

Zəngəzurda belə bir hərbi bazanı yaratdılar. Orada 102-ci bazanın anbarları var, ruslar orada infrastruktur qurublar. İndi isə bu işi Berd-Tavuş istiqamətində bu cür hərbi hissə qurmağa başlayıblar. Rusiyanın Ermənistan ərazisində bu cür işləri geniş vüsət alacaq. 

Amma Rusiya Ermənistanda hərbi hissəslərini artırsa da, artırmasa da onsuz da Ermənistanın sərhədlərini daim ruslar qoruyubdur. Ona görə də bu baxımdan, hansı məqsədlə, məqsədləri nədir, istədikləri nədir bizə aydındır. Bilirik ki, Ermənistan son nəfəslərinə qədər gözləyir ki, Rusiya onları xilas edəcək. Onlar ömür boyu belə olublar. Lazım olan məqamda yaltaqlanıb, Rusiyanın gücündən istifadə ediblər, lazım olmayanda isə çörəyini yediyi Rusiyaya təpik atıblar. Ermənilərin tarixən siyasəti bu olubdur. 

Ermənistanda keçirilən müxalifət mitinqləri birbaşa Rusiya tərəfindən təşkil olunmuş mitinqlər idi. Bu, birbaşa Nikol Paşinyana təsir etmək üçün nəzərdə tutulubdur ki, həmin o hərbi bazaları genişləndirsinlər. Çünki Paşinyan bunun əleyhinə idi. O istəmirdi ki, Rusiya Ermənistan sərhəddi boyunca hərbiçilərini yerləşdirsin, bazalarını artırsın. Paşinyan Moskvadan qurtulmaq istəyirdi, bunu da Moskva çox yaxşı bilirdi. Ona görə də, Rusiya İrəvanda müxalifət mitinqləri ilə Paşinyana ona lazım olan təzyiqi göstərərək məqsədinə çatdı".

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Moskva bu məqsədinə də çatdı - Rusiya Azərbaycanla sərhədə ORDU YIĞIR

Universitetə ​​daxil olduqdan 70 il  sonra məzun oldu

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Bakıda tutulan Xəyalla bağlı şok fakt: Qadınlara qarşı...(VİDEO)
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Penitensiar Xidmət və DİN birgə əməliyyat keçirdi