Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
71065
az

Ukraynada 4 aylıq müharibənin ƏN BÖYÜK SÜRPRİZİ

21:2523 İyun, 2022
303
SİYASƏT
  • A
Rusiyanın Ukraynada hava üstünlüyü əldə edə bilməməsi müharibənin ən böyük sürprizlərindən biri hesab edilərkən, ABŞ Hərbi Hava Qüvvələrinin baş generalı Çarlz Braun mövzu ilə bağlı təəccüblü açıqlamalar verib.
 
Rusiya bir həftə ərzində paytaxt Kiyevi ələ keçirmək ümidi ilə Ukraynaya başlatdıqları işğalda böyük sürprizlərlə üzləşdi. Lakin bu sürprizlərdən biri bütün dünya kimi Rusiyanı da heyrətə gətirdi.
 
Fevralın 24-də başlayan Ukrayna müharibəsi 4-cü ayda davam edir və bu müddət ərzində Rusiya Ukrayna üzərində hava nəzarətini ələ keçirə bilməyib. Rus qoşunlarının Ukrayna döyüş təyyarələrini vura bilməməsi və zenit silahlarına qalib gələ bilməməsi ordunun qurudan hücumunda da fasilələr yaratdı və nəticə Rusiya üçün böyük məyusluğa çevrildi.
 
Bəs Rusiyanın hava üstünlüyünə nail ola bilməməsi niyə belə böyük sürprizdir? ABŞ Hərbi Hava Qüvvələrinin yüksək rütbəli generalı Çarlz Braun cavabı belə verir:
 
"Ukraynanın əlində olan silahların əksəriyyəti Rusiyanın əlində olan silahlarla eynidir. Deməli, Rusiya faktiki olaraq Ukraynada öz silahları ilə üz-üzə qalıb. Gözlənilirdi ki, Rusiya öz silahlarının çoxunu bilir və onları məğlub etməyin yolunu tapacaq".
 
Qərbin ağır silahlarına baxmayaraq, Ukrayna digər keçmiş Sovet respublikaları kimi, hələ də əsasən Sovet istehsalı olan hərbi texnikadan istifadə edir. Məsələn, Ukraynanın müdafiə donanmasına Su-24 və Su-25 hücum təyyarələri, həmçinin MiQ-29 və Su-27 kimi döyüş təyyarələri daxildir, Rusiya isə bu qırıcı və hücum təyyarələrinin təkmilləşdirilmiş versiyalarından istifadə edir.
 
Ukrayna mayın ortalarında 200 Rusiya təyyarəsini məhv etdiyini iddia edir, baxmayaraq ki, tərəflərin itkilərini dəqiq bilmək mümkün deyil.
 
Ukrayna öz hərbi texnikası ilə yanaşı, bəziləri qonşu dövlətlərin hədiyyə etdiyi Sovet və ya Rusiya hava hücumundan müdafiə sistemləri və raketlərindən də istifadə edir.
 
Ukrayna əsgərlərinin sovet istehsalı olan S-300 hava hücumundan müdafiə sistemi ilə Rusiya təyyarələrini vurduğu məlum olsa da, rus pilotlarının dizayn etdikləri sistemin təhlükəsizlik zəifliklərini bilməməsi son günlərin ən çox müzakirə olunan mövzularından birinə çevrilib.
 
Müharibə başlayandan bəri Rusiyanın Ukraynada irimiqyaslı hava əməliyyatlarının olmaması müşahidəçiləri çaşdırıb və hərbi analitiklər Rusiya Hərbi Hava Qüvvələrinin əvvəllər düşünüldüyü qədər bacarıqlı olmadığını irəli sürüblər.
 
General Braun mövzu ilə bağlı qiymətləndirməsində Rusiyanın Ukraynadakı performansını 1991-ci ildə birinci Körfəz Müharibəsi zamanı ABŞ ordusunun performansı ilə müqayisə edərək, "Təmizləmək istədiyimiz bölgələrdə əvvəlcə hava üstünlüyü əldə etdik. Amma ruslar belə işləmir. Rusiya
 
Ukraynanın hava hücumundan müdafiəsinə mane olmasa, onun qoşunlarının olduqları yerdən çox uzağa getməsi mümkün deyildi".
 
Braun vurğulayıb ki, minlərlə portativ silahla, o cümlədən NATO ölkələrinin tədarük etdiyi ABŞ istehsalı olan "Stinger" raketləri ilə dəstəklənən Ukrayna Ordusu indi daha dinamikdir və bu, Rusiya üçün işləri daha da çətinləşdirir.
Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Avropa İttifaqı, Fransa və Çin liderlərinin üçtərəfli görüşü olacaq
Zaxarovadan AÇIQLAMA: Ermənistansız da...
Tbilisidə polis kütləvi həbslərə başladı

Rusiyada nadir çiçək tapılıb

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Evində ölü tapılan müğənni ilə bağlı AÇIQLAMA +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Əməköməcinin Bilmədiyiniz İNANILMAZ FAYDASI
Qan donduran hadisə: Kişi yoldan keçənə hücum edərək onun gözünü və qulağını yedi - Şəkil