Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
707
az

Nazirlər təlaşda: onlar yeni komandada olmayacaq...

22:4516 Aprel, 2018
2475
SİYASƏT
  • A
 Mərkəzi Seçki Komissiyası (MSK) aprelin 11-də keçirilmiş prezident seçkilərinə yekun vurub. Seçki Məcəlləsinin tələblərinə əsasən, MSK-nın seçkilərin nəticələrini təsdiqləmək üçün Konstitusiya Məhkəməsinə göndərib. Seçkilərin yekun nəticələrinə əsasən, hazırkı dövlət başçısı, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyev səslərin 86,02 faizini toplayıb.

Konstitusiya Məhkəməsi Plenumu isə sabah - arelin 17-də prezident seçkilərinin yekunlarına dair Mərkəzi Seçki Komissiyasının protokolunun təsdiq edilməsi və seçkilərin nəticələri ilə bağlı iclas keçirəcək. Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən Oxu24.com-a bildirilib ki, iclas aprelin 17-də saat 15:00-a təyin edilib.

İstisna olunmur ki, Konstitusiya Məhkəməsi Plenumu sabah seçkinin nəticələrini təsdiqləyəcək.

Konstitusiya Məhkəməsi seçkinin yekunlarını rəsmən elan etdikdən 3 gün sonra isə prezident seçilmiş şəxs Konstitusiya Məhkəməsi hakimlərinin iştirakı ilə and içməlidir.

Konstitusiyasının 116-cı maddəsinə görə, yeni seçilmiş Azərbaycan Respublikasının prezidenti vəzifəsini tutduğu və səlahiyyətlərini icra etməyə başladığı gün Nazirlər Kabineti istefa verəcək.

Qeyd edək ki, Nazirlər Kabinetinə Baş nazir, onun müavinləri, nazirlər və başqa mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri daxildir.

Yuxarı dairələrə yaxın mənbənin modern.az-a verdiyi məlumata görə, yeni formalaşacaq iqtidar komandasının tərkibində xeyli dəyişiklik ediləcək.
 Hətta bu dəyişikliklərə işarə kimi mətbuatda da silsilə yazılar tirajlanmaqdadır. Bu baxımdan rəhbər vəzifədə olan şəxslərin ayrı-ayrı nazirlikləri və nazirləri tənqid etməsinin təsadüfi olmadığı deyilir.

Bildirilir ki, adları rüşvət və korrupsiya faktlarında, qalmaqallarda hallanan, xalqı talayan, reputasiyası korlanmış nazirlərə "qırmızı kart” göstəriləcək. Hətta bununla bağlı nazirlərə xəbərdarlıq edildiyi də vurğulanır. Yüksək postu tutan şəxslərin "qırmızı kart” görməmək üçün müxtəlif vasitələrə əl atdıqları gələn söyləntilər arasındadır. Amma mənbə bildirir ki, tənqidlərdən nəticə çıxarmayanlar, yeni komandada istənilməyən şəxslər iradələrindən asılı olmayaraq "oyundankənar vəziyyət”ə salınacaq... Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Hikmət Hacıyev BMT Baş katibinin köməkçisi ilə görüşdü - FOTO
Bakı ilə İrəvan arasında sülh sazişi ən qısa zamanda imzalanmalıdır - Ərdoğan
Ceyhun Bayramov Bin Nunla görüşdü - FOTO

Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
13 yaşlı qızı qaçıran 45 yaşlı mühafizəçiyə hökm oxundu