Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
70092
az

Azərbaycan Ermənistana xəbərdarlıq edib

20:4429 May, 2022
244
SİYASƏT
  • A

Ermənistan XİN-in guya Azərbaycan tərəfinin atəşkəs rejimini pozması ilə bağlı, habelə Azərbaycana qarşı tamamilə əsassız iddiaları əks etdirən 28 may 2022-ci il tarixli açıqlamasını qətiyyətlə rədd edirik.

Bu barədə  OXU24/COM-a Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən bildirilib.

"Azərbaycan Respublikasının Müdafiə Nazirliyi guya ki, Azərbaycan Silahlı Qüvvələri tərəfindən atəşkəsin pozulması ilə bağlı dezinformasiya xarakterli, iftira dolu açıqlamanı təkzib edib və yayılan məlumatın həqiqətə uyğun olmadığını bəyan edib.

Hazırda iki ölkə arasında münasibətlərin normallaşması istiqamətində səylər göstərildiyi bir vaxtda Ermənistan tərəfinin bu cür iftira dolu, pozucu açıqlamalarla çıxış etməsi normallaşma istiqamətində atılan addımlara, o cümlədən dövlət sərhədinin delimitasiyası prosesinə xələl gətirmək məqsədi güdür.

Ermənistan XİN tərəfindən son günlərdə nümayiş etdirilən dağıdıcı yanaşma, birmənalı şəkildə Ermənistan və Azərbaycan arasında normallaşma üzrə baş tutan Brüssel görüşlərinin nəticələrini heçə endirməyə hədəflənib.

Azərbaycan öz tərəfindən post münaqişə mərhələsində beynəlxalq ictimaiyyətin də dəstəklədiyi sülh və quruculuq səylərini davam etdirəcək və bu prosesə qarşı yönələn hər hansı addımların qarşısını qətiyyətlə alacaq", - XİN-dən bildirilib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Putin hökumətin yeni tərkibini təsdiqlədi
Bakıda həbsdə olan Qukasyan haqda yeni qərar

Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
13 yaşlı qızı qaçıran 45 yaşlı mühafizəçiyə hökm oxundu