Prezident müraciət ünvanladı
28 Oktyabr 2026, 10:48
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
546
29.05.2022, 20:44
Ermənistan XİN-in guya Azərbaycan tərəfinin atəşkəs rejimini pozması ilə bağlı, habelə Azərbaycana qarşı tamamilə əsassız iddiaları əks etdirən 28 may 2022-ci il tarixli açıqlamasını qətiyyətlə rədd edirik.
Bu barədə OXU24/COM-a Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən bildirilib.
"Azərbaycan Respublikasının Müdafiə Nazirliyi guya ki, Azərbaycan Silahlı Qüvvələri tərəfindən atəşkəsin pozulması ilə bağlı dezinformasiya xarakterli, iftira dolu açıqlamanı təkzib edib və yayılan məlumatın həqiqətə uyğun olmadığını bəyan edib.
Hazırda iki ölkə arasında münasibətlərin normallaşması istiqamətində səylər göstərildiyi bir vaxtda Ermənistan tərəfinin bu cür iftira dolu, pozucu açıqlamalarla çıxış etməsi normallaşma istiqamətində atılan addımlara, o cümlədən dövlət sərhədinin delimitasiyası prosesinə xələl gətirmək məqsədi güdür.
Ermənistan XİN tərəfindən son günlərdə nümayiş etdirilən dağıdıcı yanaşma, birmənalı şəkildə Ermənistan və Azərbaycan arasında normallaşma üzrə baş tutan Brüssel görüşlərinin nəticələrini heçə endirməyə hədəflənib.
Azərbaycan öz tərəfindən post münaqişə mərhələsində beynəlxalq ictimaiyyətin də dəstəklədiyi sülh və quruculuq səylərini davam etdirəcək və bu prosesə qarşı yönələn hər hansı addımların qarşısını qətiyyətlə alacaq", - XİN-dən bildirilib.
10:58 / 28 Oktyabr 2026
10
10:55 / 28 Oktyabr 2026
23
10:50 / 28 Oktyabr 2026
240
10:48 / 28 Oktyabr 2026
37
10:44 / 28 Oktyabr 2026
61
10:30 / 28 Oktyabr 2026
49
10:29 / 28 Oktyabr 2026
55
10:26 / 28 Oktyabr 2026
103
10:25 / 28 Oktyabr 2026
77
10:22 / 28 Oktyabr 2026
54
10:21 / 28 Oktyabr 2026
56
09:01 / 28 Oktyabr 2026
1
01:39 / 28 Oktyabr 2026
240
01:33 / 28 Oktyabr 2026
123
00:25 / 28 Oktyabr 2026
129
00:10 / 28 Oktyabr 2026
11299
23:47 / 27 Oktyabr 2026
404
23:45 / 27 Oktyabr 2026
112
23:34 / 27 Oktyabr 2026
111
23:19 / 27 Oktyabr 2026
142
23:04 / 27 Oktyabr 2026
387
22:48 / 27 Oktyabr 2026
111
22:46 / 27 Oktyabr 2026
319
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.