Azərbaycan İspaniyaya başsağlığı verdi
28 Oktyabr 2026, 19:04
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
524
26.05.2022, 19:26
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 26-da Zəngilan rayonuna da səfər ediblər.
Oxu24.com xəbər verir ki, dövlət başçısı və birinci xanım Zəngilan Beynəlxalq Hava Limanında aparılan tikinti işlərinin gedişi ilə tanış olublar.
Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya hava limanında görülən işlər barədə məlumat verilib.
Bildirilib ki, perronda torpaq işləri tamamlanıb, uçuş-enmə zolağında asfalt-beton işləri davam edir. Zolağın uzunluğu 3000 metr, eni isə 60 metr olacaq. Bu hava limanı bütün növ təyyarələri, o cümlədən ağır yük təyyarələrini qəbul edəcək.
Aeroportun hava hərəkəti qülləsinin tikintisinin iyulda tamamlanması planlaşdırılır. Avqustun sonunda isə terminal binasında işlərin başa çatdırılması nəzərdə tutulur. Beynəlxalq standartlara uyğun inşa edilən terminal binası saatda 200 sərnişinə xidmət edəcək. Terminal daxilində VIP zallar, kafelər, tibb xidməti və ofis otaqları yaradılacaq. Avadanlıq və materiallar İtaliya, Almaniya və Türkiyədən gətirilib.
Qeyd edək ki, Zəngilan Beynəlxalq Hava Limanı Qarabağın mühüm nəqliyyat qovşağına çevrilməsini şərtləndirən əsas amillərdəndir. Həmçinin bu hava limanı Zəngəzur dəhlizinin hava nəqliyyatı infrastrukturu ilə gücləndirilməsi baxımından strateji əhəmiyyət kəsb edir. Görülən işlərin sürəti buranın beynəlxalq nəqliyyat-logistika habına çevriləcəyi günü yaxınlaşdırmaqdadır.
Onu da deyək ki, işğaldan azad olunan ərazilərdə Füzulidəki hava limanından sonra beynəlxalq statuslu daha iki aeroport tikilməkdədir.
Onlardan biri də Zəngilan hava limanıdır. Digəri isə Laçın rayonunun ərazisində inşa olunur.


19:41 / 28 Oktyabr 2026
39
19:36 / 28 Oktyabr 2026
3
19:28 / 28 Oktyabr 2026
37
19:12 / 28 Oktyabr 2026
138
19:04 / 28 Oktyabr 2026
163
18:56 / 28 Oktyabr 2026
67
18:43 / 28 Oktyabr 2026
79
18:35 / 28 Oktyabr 2026
75
18:30 / 28 Oktyabr 2026
83
18:24 / 28 Oktyabr 2026
73
18:20 / 28 Oktyabr 2026
71
18:16 / 28 Oktyabr 2026
268
18:07 / 28 Oktyabr 2026
86
18:01 / 28 Oktyabr 2026
90
17:52 / 28 Oktyabr 2026
392
17:43 / 28 Oktyabr 2026
99
17:40 / 28 Oktyabr 2026
80
17:28 / 28 Oktyabr 2026
235
17:21 / 28 Oktyabr 2026
565
17:16 / 28 Oktyabr 2026
95
17:11 / 28 Oktyabr 2026
99
16:56 / 28 Oktyabr 2026
269
16:53 / 28 Oktyabr 2026
627
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.