Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
69909
az

Ukrayna məğlub olsa ƏN AĞIR ZƏRBƏni bu ölkələr alacaq - Kreml bağışlamayacaq

18:5926 May, 2022
204
SİYASƏT
  • A

"Ukrayna ABŞ-ın rəhbərlik etdiyi Qərb demokratiyasının taleyini həll edir".

Bunu OXU24.COM-a açıqlamasında Ukrayna Siyasi Elmlər Akademiyasının aparıcı üzvü, professor Petro Mironenko deyib.

O bildirib ki, Ukraynanın məğlubiyyəti Qərbə baha başa gələr:

"Rusiya Ukraynanı parçalaya bilməyəcək. ABŞ və müttəfiqləri Rusiyanın Ukraynanı ələ keçirməsinə imkan verə bilməz, çünki o, bu halda Qərbi məğlub edəcək.

Rusiyanın tam təcrid olunması onu Ukraynanı tərk etməyə məcbur edəcək. Qərb Vladimir Putini hakimiyyətdən uzaqlaşdırmağa çalışır. Bu, Ukrayna üçün zəmanətdir. Nəticədə Rusiya elitası müharibənin günahını Putinin üzərinə atacaq. Hadisələrin gedişi deməyə əsas verir ki, hər şey yaxşı olacaq

ABŞ-ın keçmiş dövlət katibi, 98 yaşlı "siyasi fahişə" Henri Kissincer dünyada sabitliyi qorumaq üçün Ukraynaya ərazilərini Rusiyaya verməyi tövsiyə edib.

Bu bəyanat Davosda planlaşdırıldığı kimi səsləndirildi. Çünki onlara Qərb demokratları ilə növbəti siyasi böhran və çəkişmələr törətmək lazımdır.

Kreml hədsiz əzab-əziyyətdə olan 6 nömrəli xəstələr palatasının  siyasətçilərini siyirməsindən çıxarıb özlərini müdrik kimi göstərirlər.

Kissinger bir dəfə Qoldi Meyerə dedi: "Birincisi, mən ABŞ vətəndaşıyam, ikincisi, mən ABŞ dövlət katibiyəm, üçüncüsü, mən yəhudiyəm". Cənab Henri dördüncüsü əlavə etməyi unudub: insan həyatının heç bir dəyəri olmayan siyasi fahişə.

Və bu gün o qədər "siyasi trol" var ki, müharibə onların səbəb olduğu çirkin siyasətin davamıdır".

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Putin hökumətin yeni tərkibini təsdiqlədi
Paşinyan onu vəzifəsindən azad etdi: 1 ay öncə sədr təyin etmişdi...
Zelenski xalqa SƏSLƏNDİ:

Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Mühafizəçini öldürən direktor müavini ilə bağlı RƏSMİ AÇIQLAMA