Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
69295
az

Makrondan Avropaya XƏBƏRDARLIQ: "Qarşıdakı həftələr və aylar..."

22:1009 May, 2022
805
SİYASƏT
  • A

"Münaqişə başa çatdıqdan sonra Rusiya və Ukraynanın iştirakı ilə danışıqlar masası arxasında sülhün əldə olunmasını razılaşdırmaq lazımdır". 
 
OXU24.COM xəbər verir ki, bunu Fransa prezidenti Emmanuel Makron Avropa Parlamentinin Avropanın gələcəyinə dair konfransından sonra keçirilən mətbuat konfransında deyib.
 
"Bizim məsuliyyətimiz münaqişəni Avropanın digər hissələrinə yaymadan atəşkəsə nail olmaqdır.
 
Sabah bizə sülh qurmaq lazım gələcək və bu, Ukrayna və Rusiyanın iştirakı ilə danışıqlar masası arxasında baş tutmalıdır.
 
Bu danışıqların şərtlərini Rusiya və Ukrayna müəyyən edəcək. Bu, heç bir tərəfi inkar etmədən və ya aşağılamadan edilməlidir", - Fransa lideri bəyan edib.
 
O əlavə edib ki, qarşıdakı həftələr və aylar çətin olacaq və Avropadan lazımi səylər və birlik tələb olunacaq.
 
Makron xatırladıb ki, Avropa layihəsi (red: 2-ci dünya) müharibədən sonra bir daha təkrarlanmamaq arzusu ilə yaranıb.
 
Rusiya prezidenti Vladimir Putinin Qələbənin ildönümü şərəfinə keçirilən paraddakı çıxışı ilə bağlı jurnalistin sualını cavablandıran Makron bildirib ki, o, heç vaxt liderlərin çıxışlarını şərh etmir. Bununla belə, o, hesab edir ki, Moskvadakı mərasimdə döyüşçü qeydləri var, həmin gün Strasburqda keçirilən konfrans isə Avropa sülhünə həsr olunub

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Putin Əsədlə görüşəcək
Papadan növbəti atəşkəs çağırışı
Gürcüstan Prezidenti hakimiyyətə 1 HƏFTƏ VAXT VERDİ

Mandarin ördəyi haqda maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Almaniyadakı azərbaycanlı həkimlər    bölgələrdə     işləyəcək
Feyziyevə 2 milyon “atan” şəxsin    bəraəti  ləğv   edildi